Hazır cavab yox, düşünmə: süni intellekt təhsili hara aparır?
"Süni intellektin şagirdlərin dərs hazırlığında istifadəsi artıq qaçılmazdır. Burada əsas məsələ texnologiyanı qadağan etmək deyil, onu təhsil prosesində düzgün istiqamətə yönəltməkdir. Düşünməyi inkişaf etdirən alət kimi istifadə edildikdə süni intellekt təhsilin keyfiyyətini yüksəldir, hazır cavab mənbəyi kimi istifadə olunduqda isə savadın dərinliyini zəiflədir.
OECD və PISA göstəriciləri sübut edir ki, rəqəmsal alətlərdən məqsədyönlü istifadə şagirdlərin problem həll etmə və funksional savadlılıq bacarıqlarını artırır, hazır cavablara əsaslanan öyrənmə isə onları zəiflədir. Azərbaycan qanunvericiliyi də təhsilin əsas məqsədini intellektual, mənəvi və yaradıcı inkişaf kimi müəyyən edir və şagirdlərin müstəqil düşünmə bacarıqlarını vurğulayır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Elm və Təhsil Nazirliyinin apardığı rəqəmsal islahatlar, e-dərsliklər, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması və süni intellekt mövzusunun müzakirəyə çıxarılması bu yanaşmanı gücləndirir. Süni intellekt şagirdlərə fərdi öyrənmə, mövzunun təkrar izahı və əlavə nümunələr təqdim etmə imkanı verir, xüsusilə müəllim resurslarının məhdud olduğu regionlarda təhsildə bərabərliyi təmin edə bilər:
"Nəzarətsiz istifadə isə mənfi təsir yaradır, xüsusilə riyaziyyat və digər dəqiq fənlərdə birbaşa cavabın köçürülməsi şagirdin məntiqi düşünmə və səhvdən nəticə çıxarma qabiliyyətini zəiflədir. Bu səbəbdən qiymətləndirmə mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
Dövlət İmtahan Mərkəzi uzun illərdir imtahan modellərini fakt bilikləri ilə yanaşı məntiqi düşünmə, analiz və tətbiq bacarıqlarını da ölçəcək şəkildə qurur. Bu, süni intellektdən yalnız hazır cavab alan şagirdin real imtahanlarda çətinlik çəkəcəyini göstərir və saxta biliklə real bacarığı fərqləndirir.
Dünya təcrübəsi də oxşar yanaşmanı göstərir: Finlandiya, Estoniya, ABŞ və Cənubi Koreyada süni intellekt qadağan olunmur, lakin qiymətləndirmə sistemi yalnız hazır cavabla uğur qazanmağa imkan vermir. Beləliklə, texnologiya köməkçi olur, düşünməni əvəz etmir.
Nəticə etibarilə, təhsildə əsas məsələ texnologiyanı qadağan etmək deyil, onun istifadəsini pedaqoji çərçivəyə uyğun idarə etməkdir. Məqsəd düşünən, analiz edən və biliklərini real şəraitdə tətbiq edə bilən gənclərin yetişdirilməsidir ki, bu da müasir təhsilin ən doğru yoludur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 643 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 167 10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 184 Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
16:46 282 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 174 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
05.10.2026 444 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 318 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 354