Ərdoğandan sonra prezident kim olacaq? - 4 nəfərin adı açıqlandı
Türkiyə hakimiyyət çevrələrinə yaxınlığı ilə tanınan tanınmış jurnalist, "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi "Ərdoğandan sonrakı dövr" ətrafında aparılan müzakirələrlə bağlı diqqətçəkən yazı ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, Selvi bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) daxilində "Ərdoğan sonrası" mövzusu üzərindən süni qarşıdurma və fitnə yaradılmağa çalışılır və bu prosesin məqsədi partiyanın əsas fiqurlarını bir-birinə qarşı qoymaqdır.
Yazıda vurğulanır ki, bu ssenari Türkiyə siyasi tarixində daha əvvəl də tətbiq olunub. Selvinin fikrincə, Özal sonrası ANAP-da və Demirel sonrası DYP-də oxşar proseslər yaşanıb və həmin partiyalar bu daxili parçalanmadan zərər görüb.
O qeyd edir ki, indi eyni plan "Ərdoğan sonrası" adı altında AK Partiya üçün işə salına bilər. Jurnalist bu kontekstdə açıq şəkildə bildirir ki, onun mövqeyinə görə "Ərdoğan sonrası yenə Ərdoğandır".
Selvi yazısında Rəcəb Tayyib Ərdoğanın liderliyini xüsusi vurğulayaraq qeyd edir ki, AK Partiya 23 ildir hakimiyyətdədir və bu müddətdə partiyanın daxilindən iki prezident, dörd baş nazir çıxıb. Onun fikrincə, belə bir siyasi tarixə malik olan partiyanın, hələ də ölkəni idarə edən güclü lider mövcud olduğu halda, alternativ lider axtarışına girməsi məntiqsizdir.
Məqalədə Türkiyənin həm regional, həm də qlobal baxımdan çətin və həssas bir dövrdən keçdiyi vurğulanır. Selvi yazır ki, dünyada üçüncü dünya müharibəsinin belə müzakirə edildiyi bir mərhələdə Türkiyənin təcrübəli siyasi və dövlət xadiminə sahib olması ciddi üstünlükdür. O, bu kontekstdə müxalifət liderlərini də sərt şəkildə tənqid edir və ölkənin taleyinin kimlərə etibar ediləcəyi sualını gündəmə gətirir.
Yazının ən diqqətçəkən hissələrindən biri isə Selvinin "Ərdoğan sonrası" müzakirələrində hədəfə çevrilə biləcəyini iddia etdiyi dörd adla bağlıdır. Jurnalist hakim partiya daxilində 4 adın daha çox önə çıxdığını bildirib:
- Xarici işlər naziri Hakan Fidan
- Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın
- Ərdoğanın oğlu Bilal Erdoğan
- "Baykar" şirkətinin rəhbəri, Ərdoğanın kürəkəni Selçuk Bayraktar
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2014-cü ildə prezident seçilib, 2018-ci və 2023-cü ildə yenidən dövlət başçısı vəzifəsini qoruyub.
Hazırkı səlahiyyət müddəti 2028-ci ilin may ayında başa çatır. Türkiyə Konstitusiyasına əsasən prezident iki dəfə seçilə bilər, lakin 2023-cü il seçkiləri parlamentin növbədənkənar seçki qərarı fonunda keçirildiyi üçün Ərdoğanın namizədliyi mümkün olmuşdu. Onun 2028-ci ildən sonra yenidən namizəd olub-olmayacağı isə hazırda hüquqi və siyasi baxımdan açıq sual olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 970 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 354 Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
10:47 199 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
14:28 182 Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
10:51 215 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 176 Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba
05.10.2026 304 Ərzurum Koridorun harasındadır?
Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru
11:10 188 Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
13:08 170 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 174