Təhsil sistemi əmək bazarını niyə nəzərə almır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Təhsil sistemi əmək bazarını niyə nəzərə almır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanın bölgələrində minlərlə şagird orta təhsil müddətində alman, fransız və ya rus dili öyrənir. Bu dillər illərlə dərs proqramlarında yer alsa da, məktəbi bitirib əmək bazarına çıxan gənclər tamamilə fərqli bir reallıqla üz-üzə qalır. İşə qəbul elanlarının böyük əksəriyyətində əsas tələb kimi ingilis dilinin göstərilməsi bölgə məzunları üçün ciddi uyğunsuzluq yaradır. Təhsil sistemi ilə əmək bazarının gözləntiləri arasındakı bu fərq təkcə dil məsələsi deyil, region gənclərinin məşğulluq imkanlarını məhdudlaşdıran struktur problemə çevrilib.
Təhsil sistemi əmək bazarını niyə nəzərə almır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BiG.AZ-a açıqlamasında bildirdi ki, qanunvericiliyə görə Azərbaycanda dövlət ümumtəhsil məktəblərində 6 xarici dilin tədris olunmasına icazə verilir. Onun sözlərinə görə, bu dillər ərəb dili, fars dili, alman dili, fransız dili, ingilis dili və rus dilidir: "Təcrübədən görürük ki, ərəb dili, fars dili, alman dili, fransız dillərinin tədrisi çox azdır. Daha çox bizdə xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Ərəb dili və fars dili ümumiyyətlə demək olarki aradan qalxıb. Azərbaycanda məktəblərdə 2 xarici dil tədris olunur:
1)Əsas xarici dil
2)İkinci xarici dil
Əsas xarici dil 1-ci sinifdən keçirilən xarici dildir. 11-ci sinifin sonuna qədər əsas xarici dilin dəyişdirilməsi uyğun görülmür. Yalnız istisna hallarda şagird xarici dilini dəyişə bilər. İstisna hal isə odur ki, şagird köçür bir ərazidən başqa əraziyə köçür. Həmin ərazidən 2 km radiusda şagirdin əvvəlki məktəbdə keçdiyi xarici dil tədris olunursa həmin məktəbə köçürülməlidir. Həmin xarici dil tədris olunmursa, xarici dil dəyişməklə ərazidə olan yeni məktəbə qəbul olunur.

5-ci sinifdən isə ikinci xarici dil tədris olunur. Təhsil haqqında qanunun 19-cu maddəsində, ümumtəhsil haqqında qanunun isə 13-cü maddəsində isə açıq şəkildə göstərilir ki, tam orta ümümtəhsil məktəbini bitirən şəxslər ən azı bir və ya bir neçə dildə ünsiyyət saxlamağı bacarmalıdır. Bizdə xarici dil fənninin tədrisində ciddi problemlər var. Baxmayaraq ki, xarici dil müəllimləri sertfikiasiyadan keçiblər. Yəni bu imtahan xarici dil müəllimlərinin real bacarıqlarını üzə çıxartmayıb. Ümumiyyətlə sertifikasiya imtahanı lazım olan istiqamət üzrə aparılmadı. Əvvəla xarici dil müəllimlərimizin böyük əksəriyyəti tədris etdiyi fənn üzrə danışa bilmir. Danışa bilmədəiyi bir fənndən repititorluq edib, qaydaları əzbərləyib, şagirdlərədə əzbərlətdirirlər. O şagirdə qanunvericiliyin tələb etdiyi ünsiyyət saxlamağı necə öryədə bilər?

Ona görədə sertifikasiya imtahanında və əvvəlki sertifikasiya imtahanında da təklif etmişdim xarici dil müəllimlərinin tədris etdiyi fənn üzrə ünsiyyət qabiliyyət və bacarıqlarıda yoxlanılmalıdır. Əsas xarici dilin bir məktəbdə tədris olunması üçün ən azı 2 əsas xarici dil müəllimi olmalıdır. İkinci xarici dilin tədris olunması üçün isə bir xarici dil müəllimidə ola bilər. Ancaq bu şərtləki həmin müəllim qonşu məktəblərin birində hökmən ehtiyat müəllim kimi cəlb olunmalıdır. Çünki xarici dil elə bir fənndir ki, o fənni başqa bir müəllim əvəz edə bilməz. Qaydalara görə, Dövlət İmtahan Mərkəzi hər bir məzunun orta məktəbdə keçdiyi fənn üzrə buraxılış imtahanında suallar salır.

Ancaq qəbul imtahanında isə burda məzunə iki yol qoyulur. Birinci yol odur ki, məzunun buraxılış imtahanında imtahan verdiyi fənnində nəticələri götürülə bilər. İkinci yol isə odur ki, əgər məzun razılaşmırsa yəni orta məktəbdə keçdiyi və buraxılış imtahanı verdiyi xarici dil üzrə yox, başqa bir xarici dil üzrə nəticələrinin hesablanmasını istəyirsə, o zaman Dövlət İmtahan Mərkəzi buraxılış imtahanından sonra ayrıca bir imtahan keçirdir. Bu imtahan könüllüdür. Yəni kim istəyirsə iştirak edə bilər. Artıq bu imtahan qəbul imtahanı üçündür. Bizdə imtahan iki hissədən ibarətdir. Bu çox vaxt qarışdırılır. Buraxılış imtahanı yekun atestasiyadır.

Yəni şagirdin orta məktəbdə keçdiyinin qiymətləndirilməsidir. Qəbul imtahanı isə orta ixtisas təhsil müəssisələrinə və ali məktəblərə qəbuldur. Buraxılış imtahanında toplanmış ballar qəbul imtahanında nəzərə alınır. Orta məktəb və ali təhsildə keçirilən xarici dillə, işə qəbul zamanı tələb olunan bacarıqları biz qarışdırmamalıyıq. Yəni bir insan orta məktəbdə və ali məktəbdə hansı dili keçibsə, işə qəbulda da həmin dil tələb olunmalıdır deyə bir şey yoxdur. Əvvəla işə qəbul təhsil pilləsi deyil. İşəgötürənlər işə qəbul olunmaq üçün müraciət edən şəxsdən müxtəlif bacarıqlar, o cümlədən xarici dil bacarıqları tələb edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 165
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 195
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 161
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 304
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

16:46 133
.