Şikayət mədəniyyəti niyə işləmir? - PSİXOLOQDAN AÇIQLAMA

Şikayət mədəniyyəti niyə işləmir? - PSİXOLOQDAN AÇIQLAMAİnsanların gündəlik həyatda üzləşdiyi problemlər az deyil, lakin bu problemlərə qarşı etiraz etmək meyli getdikcə zəifləyir. Ədalətsizliklə üzləşən, haqsız qərarlardan zərər görən və ya hüquqları pozulan vətəndaşların böyük hissəsi səsini çıxarmaqdansa susmağa üstünlük verir. Etirazın nəticə verməyəcəyinə dair formalaşmış inam, qorxu və laqeydlik zamanla davranış modelinə çevrilib. Bu susqunluq isə fərdi seçim olmaqdan çıxaraq cəmiyyətin ümumi problemlərindən birinə çevrilir.
Şikayət mədəniyyəti niyə işləmir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar dövlətdən cəmiyyətdən şikayət edəndə həbs olunurdu. Onun sözlərinə görə, hətta kitablar, jurnallar senzuradan keçirilirdi: "Bir sözlə ölkə xaricdən demokratik status daşısa da, daxildən söz haqqı yox idi. Bu getdikcə insanların qəzəbinə səbəb olduğu üçün, metod dəyişdirildi. İstədiyin qədər danışa, şikayət edə bilərsən və yaza da bilərsən. Hərçənd bəzi mətbəələr hələ də, bəzi kitabları qəbul etmir. Qısa zaman içərisində diqqət etsəniz insanlara danışmaq haqqı veriləndən, insanlar danışmağa, problemləri işıqlandırmağa başladılar.

Hətta sosial şəbəkələr üzərindən şiddət, təcavüz, məişət və dövlət daxili digər problemlər danışılırdı, amma danışıldığı kimi də, havada qalırdı. İnsanlar danışmaqdan yoruldular, hətta təcavüz kimi ağır məsələlər də adiləşdi. İndi isə psixoloji yanaşma edək. İnsana danışmaq qadağası qoyulduqda nə baş verir? Emosional partlayış və bu xaos yaradır. Amma insana danışmağa icazə veriləndə, emosiyalar tədricən yavaşıyır, çünki düşünür ki, onu dinləyirlər. Və dəfələrlə səs çıxarıb artıq nəticə görməyəndə beyin belə öyrənir: "Danışmağın mənası yoxdur." Bu da, " Öyrənilmiş passivlik " adlanır. Ölkədə insan dəyərini aşağı görmək adiləşir, dözmək normal hala çevrilir. "Onsuzda hamı belə yaşayır, ya da hər yerdə belədir" neqativ düşüncəsi yaranır və problem problem kimi hiss olunmur, adi hala çevrilir, kollektiv ümidsizlik yaranır.

Hamı bir birini gözləyir, sonra gözləmək hissi də itir. Çünki, emosional yorğunluq yaranır. Əlbbətdə ki, bu təsadüfi davranış deyil. Bu, bir çox avtoritar sistemlərdə əsas şüurlu idarəetmə metodudur. Burada ən təhlükəli mərhələ, daxili senzuradır. Yəni, dövlət insanı susdurmur. İnsan öz-özünü susdurur. Bu da o deməkdir ki, dövlətin sistemi ən güclü nəzarətə keçib. Yəni, nəzarət insanın daxilinə keçib. Bu passivlik cəmiyyətdə yorğunluq, ümidsizlik, ironiya və lağlağını çoxaldır, dərin daxili qəzəb yaranır, amma xaricə çıxara bilmir. Emosiya yöndəmsiz efirlərə, sosial şəbəkə, seksual şoular, seks mövzuları, pornoqrafiya və əsəb yaradan mövzulara keçid edir. Yəni, qəzəb sistemə yox, insanlardan bir - birinə, gündəlik həyata keçid edir. Buna deyilir " Danış, amma dəyişdirməyə qalxma ". Bir çox avtoritar ölkələrdə bu metod şüurlu və sistemli şəkildə istifadə olunur. Yəni vizit kartı hesab olunan metoddur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1197   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 165
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 195
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 161
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 304
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

16:46 133
.