MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMənzil almaq bir ailə üçün həyatdakı ən böyük addımlardan biridir. Lakin MTK-ların bəzi hallarda sənədlərdə mənzilin sahəsini şişirdərək göstərməsi alıcıları böyük zərərə uğradır. Sonradan faktiki sahənin gözləniləndən xeyli az olduğu ortaya çıxanda, ödədikləri pulla əslində daha az sahəyə sahib olduqları aydın olur. Bu yalnız maddi itkidir deyil - vətəndaşın haqqı, onun etibarı və ümidləri ayaqlar altına atılır. Belə vəziyyət ailələr üçün həm maddi, həm də psixoloji sarsıntıya çevrilir və insanlar etibar edə biləcəkləri bir prosesin yoxluğunu acı şəkildə hiss edirlər.
MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycan Respublikasında dövlət şəhərsalma və tikinti məcəlləsi, eyni zamanda Arxitektura və Şəhərsalma Komitəsinin 4 dekabr 2012-cü il tarixli kollegiyasının qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, məcəllənin 59-cu maddəsində qeyd olunur ki, yaşayış sahələri ayrılarkən mütləq şəkildə bu qaydalara əməl olunmalıdır. Qaydalar ondan ibarətdir ki, nəyinki mənzilin kənar divarlarının, həttda mənzilin arakəsmə divarlarını belə yaşayış sahəsi kimi vətəndaşa satmaq qanunsuzdur. Eyni zamanda tikinti şirkətləri həttda çöl divarları və ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələrini belə mənzil sahəsi kimi vətəndaşa satırlar. Bu qanunsuzdur və qeyd etdiyim normativ hüquqi aktlara ziddir. Bundan başqa qanunvericilikdə nəzərdə tutulub ki, balkon, eyvan, teras, dəhliz kimi sahələrin ayrılması zamanıda əmsallar tətbiq olunmalıdır. Məsələn balkonların ayrılması üçün 0,3% əmsal tətbiq olunur.

Eyvanda isə 0,5% əmsal tətbiq olunur. Dəhlizlər isə 1% əmsal ilə satıla bilər. Vətəndaş aldadıldığını öryəndiyi andan 10 il müddətinə qeyd olunan probelmin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Yəni vətəndaş məhkəmə qaydasına mübahisələndirib, ona satılmış sahənin bazar dəyəri ilə əvəzini MTK-dan tələb etmək hüququna malikdir. Vətəndaş ilə MTK arasında idarə etmə üçün nəzərdə tutulan xidmət haqqının məbləği yaşayış sahəsinin həcmi ilə hesablanmalıdır. MTK-ların vətəndaşlarının aldatmasının səbəbi MTK-ların üzərində nəzarətin olmamasıdır.

Nəzarətin olmadığına görə MTK-lar bundan sui istifadə edirlər. Ancaq tədricən məhkəmə təcrübəsi yaranmağa başlayır. Son illərdə bu hallarla bağlı məhkəmədə iddia qaldırıb MTK-nı udan xeyli sayda vətəndaş var. MTK-lar deyir ki, biz bunu alıcı ilə alqı-satqı müqaviləsində göstəririk. Lakin heç bir müqavilə normativ hüquqi aktdan üstün deyil. Vətəndaş məhkəmədə iddia qaldırdıqda, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyini əsas götürərək qərar qəbul edir.

Bayaqda qeyd etdiyim kimi Azərbaycan qanunvericiliyində vətəndaş aldadıldığını bildiyi andan 10 il müddətinə məhkəməyə müraciət edə bilər. Məsələn, vətəndaş 15 il bundan əvvəl mənzil alıbsa və 15 il sonra çıxarış alanda bilibki, ona ayrılmış sahə azdır. Yəni MTK tərəfindən aldadılıb. Aldadıldığını bildiyi andan 10 il ərzində məhkəməyə müraciət edə bilər" deyə o qeyd edib.

Gördüyünüz kimi Azərbaycan qanunları vətəndaşın tərəfindədir. Min bir əziyyətlə qazandığınız pulun MTK tərəfindən aldadılaraq əlinizdən alınmasına icazə verməyin. Aldadıldığınızı öryəndiyiniz an dərhal məhkəməyə müraciət edin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 354
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

10:47 199
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

10:51 215
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 304
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

11:10 188
.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 174
.