Aliment ödəməyənlərə hansı tədbirlər tətbiq oluna bilər?

Aliment ödəməyənlərə hansı tədbirlər tətbiq oluna bilər?"Qarşı tərəf ölkə xaricində olsa da, nikahın pozulması üçün məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmır. Məhkəmə cavabdeh şəxsin məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirir. Bunlara şəxsin qeydiyyatda olduğu və ya yaşadığı sonuncu ünvana bildiriş göndərilməsi, mobil telefon vasitəsilə SMS yazılması, eləcə də şəxsin elektron kabineti varsa məhkəmə idiasının orada yerləşdirilməsi daxildir.

Əgər cavabdeh məhkəməyə gəlməzsə, bu hal imtina kimi qiymətləndirilir və məhkəmə əlavə 3 ay müddət təyin edə bilər. Bu müddətdən sonra, əgər nikahın pozulması və aliment tələbi varsa, məhkəmə müvafiq qətnamə çıxarır. Cavabdeh aliment üçün müraciət olunduğu tarixdən məhkəmə tərəfindən müəyyənləşdirilmiş məbləği ödəməyə borcludur".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, alimentin ödənilməsi barədə qətnamə icra olunmaq üçün şəxsin qeydiyyatda olduğu rayon üzrə Ədliyyə Nazirliyinin müvafiq icra şöbəsinə göndərilir. İcra məmuru borclunun yaşayış yerini müəyyən edə bilmədikdə, onun axtarışı ilə bağlı tədbirlər görür. Bu zaman polis orqanları axtarışı həyata keçirir və şəxs ölkəyə giriş-çıxış zamanı saxlanılması üçün müvafiq orqanlara məlumat verilir. Nəticə alınmadıqda, dövlətlərarası axtarış da mümkündür:

"İcra məmuru borclu barəsində digər məcburi icra tədbirlərini həyata keçirə bilər. Bunlara daşınar və daşınmaz əmlakın siyahıya alınması, üzərinə həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması və s. daxildir. Əmlak olmadıqda, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilə bilər. Bu halda 500-1000 manat cərimə və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni əməllə bir il ərzində təkrar məhkəməyə müraciət edildikdə daha ağır cəza nəzərdə tutulur.

Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Belə halda icra məmuru Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verə bilər. Cinayət işi başlanarsa, şəxs həm cərimə, həm ictimai işlər, həm islah işləri, həm azadlığın məhdudlaşdırılması, həm də azadlıqdan məhrumetmə cəzaları ilə üzləşə bilər. Maddənin sanksiyasında azadlıqdan məhrumetmənin yuxarı həddi 3 il göstərilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 165
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 195
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 161
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 304
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

16:46 133
.