Bu, nadir hallarda baş verir: ağ ayı başqasının balasını "övladlığa götürdü"
Bu, son təxminən 50 il ərzində həmin ərazidə öyrənilən 4600 ayı arasında qeydə alınmış cəmi 13-cü övladlığa götürmə hadisəsidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beş yaşlı ayı dişisi və onun 10-11 aylıq balaları müşahidə edilərək kameraya çəkilib. Kanadanın şimalında vəhşi ağ ayıları izləyən tədqiqatçılar son dərəcə nadir bir hadisənin şahidi olublar: bir ayı dişisi bioloji olaraq ona məxsus olmayan balanı övladlığa götürüb.
Beş yaşlı ayı dişisi və onun 10-11 aylıq balaları ağ ayıların hər il Hudson körfəzinin qərb sahili boyunca həyata keçirdiyi miqrasiya zamanı müşahidə edilərək kameraya çəkilib. Hadisə ağ ayı populyasiyası ilə tanınan Manitoba ştatının Çörçill şəhəri yaxınlığında baş verib.
"Bu, qeyri-adidir. Bunun niyə baş verdiyini dəqiq bilmirik. Amma bunun son dərəcə nadir hallarda baş verdiyini bilirik", - Polar Bears International təşkilatının alimi Alissa Makkoll bildirib.
Maraqlıdır ki, bu hadisə son təxminən beş onillik ərzində həmin ərazidə araşdırılan 4600 ayı arasında qeydə alınmış cəmi 13-cü övladlığa götürmə halıdır.
Ayı dişisi ilk dəfə bu yaz doğum yuvasından çıxarkən qeydə alınıb. Həmin vaxt onun yanında alimlərin araşdırma üçün işarələdiyi bir balası olub. Payızda isə onu yenidən görüblər, lakin bu dəfə iki bala ilə: biri əvvəlcədən nişanlanmış, digəri isə nişansız. Tədqiqatçılar yeni balanın bioloji anasının taleyi barədə dəqiq məlumata malik deyillər və onu genetik nümunələr vasitəsilə müəyyən etməyə çalışırlar.
Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyindən ağ ayılar üzrə alim Evan Riçardson bildirib:
"İqlim dəyişikliyi şəraitində ayılara mümkün olan hər cür kömək lazımdır. Əgər dişi ayılar əlavə bir balanı qəbul edib ona baxa və onu uğurla süddən kəsə bilirlərsə, bu Çörçilldəki ayılar üçün çox müsbət haldır".
Qeyd olunur ki, vəhşi təbiətdə ağ ayı balalarının cəmi 50 faizi yetkin yaşa çatır. Lakin onları qoruyan və qayğı göstərən ananın olması yaşamaq şanslarını əhəmiyyətli dərəcədə artırır.
Tədqiqatçıların sözlərinə görə, balalar sağlam görünür və ehtimal ki, təxminən iki yarım yaşına qədər anaları ilə qalacaqlar. Daha sonra ailənin dəniz buzlarına doğru yola çıxacağı və balaların analarından suitiləri ovlamağı və müstəqil şəkildə sağ qalmağı öyrənəcəyi gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 775 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 318 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 326 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
11:42 171 Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
10:51 206 "Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd
05.10.2026 266 Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 341 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 172 Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
11:43 184 YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi
"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd
10:16 161