İranda etirazçılardan silahlar müsadirə edildi
İranın Xuzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb. Onlardan odlu və soyuq silahlar müsadirə edilib.
Oxu.Az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə əyalət polisinin rəisi Farşad Kazemi məlumat verib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayıqlığı və vaxtında gördüyü tədbirlər sayəsində iğtişaş törədən bir neçə şəxs müəyyən edilib və saxlanılıb, onların üzərindən "Colt" tapançası, onun üçün daraq və 12 ədəd soyuq silah tapılıb", - deyə o bildirib.
Kazemi cinayətkarların əhali arasında nifaq salmaq və ölkədə iğtişaşlar yaratmaq cəhdləri fonunda vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən tacirlərin Tehranın mərkəzində etiraz aksiyaları başlayıb. İran küçələri etirazların mərkəzinə çevrilib. Etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. Dekabrında 30-da Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. Dekabrın 31-də bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətində Fez şəhər administrasiyasının binasına hücum edib. İğtişaşlar fonunda İran polisi dəfələrlə iğtişaşlar törətməyə çalışan silahlı şəxslərin həbs olunduğunu elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 186 Tarix: 03 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxt atəş altında: Venesuelada həyəcanlı saatlar
Venesuelanın paytaxtı Karakasın mərkəzində baş verən toqquşmaların episentrində yerləşən nazirliklər və hökumət binalarının təxliyəsinə başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, fövqəladə vəziyyətlə əlaqədar atışma nöqtəsinə yaxın ərazilərdə yerləşən müəssisələr və məhəllələr müvəqqəti olara
11:10 151 Ölkə iqtisadiyyatının inkişafı ilbəil artır
Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına artıq ənənə olan müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurm
11:06 169 Üç uşaq anası həkim səhvindən ölübmüş - Prokurorluq məlumat yaydı
Yeni Klinika PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Sevinc Məmmədova tərəfindən icr
12:33 292 Karakasda Nikolas Maduroya dəstək aksiyası keçirilib
Venesuelanın paytaxtı Karakasda sakinlər qaçırıldığı və tezliklə ABŞ-da mühakimə olunacağı iddia edilən prezident Nikolas Maduroya dəstək məqsədilə etiraz aksiyası keçiriblər. xarici mediaya istinadən xəbər verir ki, etirazçılar izdihamla yürüş edərək müxtəlif şüarlar səsləndiriblər. Aksiya iştirakçılarını
11:22 148 Salyandakı qəzada ölən oğul atasını aeroporta aparırmış - Foto+Video
Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, qəza zamanı hadisə yerində həyatını itirən 60 yaşlı Vüqar İmanovun oğlu, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Tərlan İmanov da orada vəfat edib. Məlumat
05.01.2026 529 "Şərt deyil ki, hamı Bakıya gəlsin" - Prezident
"İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilə
05.01.2026 279 Maduro 200 illik qaydanı pozdu - ABŞ və Türkiyə detayı
"ABŞ-ın Venesuelanın paytaxtı Karakasda keçirdiyi əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı saxlanılıb. Bu hadisə gözlənilməz olmasa da, Maduroya qarşı planın bu qədər sürətlə həyata keçirilməsi ciddi rezonans doğurur". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzaye
12:33 211 Borc bitmir, faiz artır: İqtisadçıdan xəbərdarlıq
Banklar kredit verərkən ödəniş gecikdikdə vətəndaşlardan əlavə faiz tələb edə bilirlər. Bu isə borcların bitməməsi və davamlı artması ilə nəticələnir. BİG.AZ-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, bankların daxili qərarı ilə həyata keçirilir. "Banklar vətəndaşlarla müqavilə bağlayarkə
14:20 128 Makiyajsız və effektsiz... - Hadisənin bu görünüşü müzakirə olundu - FOTO
Səhnə şouları və geyimləri ilə daim diqqət mərkəzində olan tanınmış türkiyəli müğənni Hadisənin son görüntüsü gündəm olub. Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında effeksiz və makiyajsız fotolarını paylaşıb. Hadisənin təbii və makiyajsız görünüşü sosial şəbəkədə müzakirə olunub. Adətə
05.01.2026 566