Yol polisindən sürücülərə MÜRACİƏT: "Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin"

Yol polisindən sürücülərə MÜRACİƏT: "Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin""Səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər".

BiG.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

BDYPİ qeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı sürücülərə məsləhətlər verib.

Bildirilib ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir: "Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükAn arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin".

Eyni zamanda, sərnişinlərə mənzilbaşına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirmək, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinmək, nəqliyyatı idarəetmə zamanı onların əhvalİ-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamaq və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamaq tövsiyə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 04 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 334
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 199
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 287
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 227
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 0
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 281
.

Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar

Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri

05.10.2026 244
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 261
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

05.10.2026 284
.