Davos görüşünün geosiyasi mesajları: Bakı-Doha xətti güclənir
"Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşü bir sıra mühüm məqamlarla diqqət çəkdi.
Görüş Azərbaycanla Qətər arasında möhkəm dostluq münasibətlərini və qarşılıqlı etimadı bir daha təsdiqlədi. Qətər Əmirinin salamlarının Prezident İlham Əliyevə çatdırılması və həmin salamların geri ötürülməsi iki ölkə arasında yüksək səviyyəli hörmətin göstəricisi kimi qiymətləndirilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O qeyd edib ki, Azərbaycan-Qətər münasibətləri yalnız diplomatik müstəvidə deyil, praktiki əməkdaşlıq sahələrində, xüsusilə enerji və iqtisadi-ticarət istiqamətlərində də inkişaf edir. Bu baxımdan Azərbaycan qazının Suriyaya çatdırılması layihəsində Qətərin iştirakı mühüm əhəmiyyət daşıyır:
"Xatırladaq ki, Prezident İlham Əliyev Antalyada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə Azərbaycanın Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib. SOCAR ilə Suriya hökuməti arasında imzalanmış Anlaşma Memorandumu və Qətərin bu prosesə qoşulması Bakı-Doha iqtisadi tərəfdaşlığının dərinləşdiyini göstərir. Bu əməkdaşlıq həm Azərbaycanın regional enerji siyasətindəki rolunu, həm də Qətərin enerji bazarındakı mövqeyini gücləndirir.
Görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında aparılan fikir mübadiləsi də xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi balansın qorunması baxımından Azərbaycan və Qətərin koordinasiyalı diplomatik mövqeyi strateji rol oynayır.
Son illərdə hər iki ölkə regional və qlobal arenada fəallığını artıraraq etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir. Bakı-Doha əməkdaşlığı mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı maraqların qorunmasına və regional sabitliyə töhfə verən mühüm amil kimi çıxış edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 23 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
21:45 38 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
20:45 119 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 221 18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat
14:00 282 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
17:37 226 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
13:46 284 Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba
21:45 38 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
18:15 181 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
19:45 134