Dondurucunuzda saxlanmamalı olan 9 məhsul

Dondurucunuzda saxlanmamalı olan 9 məhsulBir çox insan səhvən düşünür ki, dondurmaqla hər şeyi saxlamaq mümkündür, amma bu heç də belə deyil. Etibarlı dondurucu kameranın sayəsində sizdə hər zaman steyk və ya qızartma üçün lazım olan ərzaqlar hazır olur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 9 növ məhsulu heç vaxt dondurucuda saxlamaq olmaz.

1. Yumşaq pendirlər

Yumşaq pendirlər çox su tərkibli olduğu üçün əridildikdən sonra dənəvər tekstura alır və ya lay-lay ayrılır. Ona görə də təzə mozzarella və ya bri pendirini dondurmaq əvəzinə, son istifadə tarixinə qədər yeyə biləcəyiniz qədər alın. Çeddar kimi yarımsərt pendirləri dondurmaq olar, amma onların teksturası daha unlu və ya ovulan hala düşə bilər. Rəndələnən sərt pendirlər, məsələn parmezan isə ən yaxşı dondurulan pendirlərdir.

2. Süd məhsullarının çoxu

Süd, ayran (paxla), yoqurt və xama kimi süd məhsulları dondurularkən adətən ayrılır. Əridildikdən sonra sulanmış, dənəvər və ya kəsilmiş vəziyyətə düşür. Eyni hal qaymaqlı souslar və qaymaqlı şorbalara da aiddir.

3. Salatlar

Yəqin bilirsiniz ki, kahı, balqabaq, kələm və xiyar kimi sulu tərəvəzlərdən hazırlanan salatları dondurmaq olmaz. Əridildikdən sonra onlar yumşalıb sulu bir "püre" kimi olur (tərəvəzlərin çoxu əvvəlcə blanş ediləndə daha yaxşı dondurulur).

4. Çiy kartof

Kartof torbasını dondurucuya atmaq asan görünə bilər, amma çiy kartof çox pis dondurulur. Hüceyrə divarları dağılır və nəticədə nişastalı, sıyıq kimi kartof alınır. Belə kartofu nə bişmiş, nə də püre şəklində yemək xoş olur.

5. Bişmiş makaron

Dondurulmuş hazır yeməklər və mağazada satılan təzə pastalar Əgər yapışqan, sürüşkən makaron xoşunuza gəlmirsə, yalnız ehtiyacınız qədər bişirin, qalanını isə soyuducuda saxlayın. Evdə hazırlanmış lazanya bu qaydanın azsaylı istisnalarındandır: onu yığıb dondurmaq və sonra bişirmək yaxşı nəticə verə bilər.

6. Canlı molyusklar (qabıqlı dəniz məhsulları)

Əgər siz təzə midyə, lobster, krab və ya qabıqlı dəniz darağı (grebeshok) almısınızsa, onları birbaşa dondurucuya qoymaq məhsulu korlaya bilər. Bəzi dəniz canlıları yavaş ölür və bu zaman bakteriyalar çoxalır. Digərləri, məsələn lobster, qabığa yapışa bilər və ya ətin keyfiyyətinə təsir edən fermentlər ifraz edə bilər. Canlı qabıqlı dəniz məhsullarını təmizləmək və ya buxarda bişirmək adətən daha yaxşıdır.

7. Yumurtalı desertlər

Zavarnoy krem və beze (mereng) kimi yumurtalı desertlər yaxşı dondurulmur. Yumurta ağı ilə hazırlanan qlazur da əridiləndə laylara ayrılıb su buraxa ("axıb") bilər.

8. Konserv məhsulları

Konservləri dondurmaq olmaz, çünki içindəki məzmun genişlənir və bankanı partlada bilər. Bu, həm konserv tərəvəzlərə, həm də vetçina kimi konserv ətlərə aiddir.

9. Qazlı içkilər

Şampan və ya qazlı içkini tez soyutmaq üçün dondurucuya qoymaq istəyirsiniz? Mütəxəssislər bunu məsləhət görmür.

Qazlı içkilər dondurularkən asanlıqla partlaya bilər, ona görə də bunun əvəzinə soyuducudan istifadə edin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 927   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.