Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdur

Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdurXəritələrdə tapılması çətin, səyahət siyahılarında isə demək olar ki, adı belə keçməyən bir ada: Orda yol yoxdur, mobil siqnal çatmır, elektrik xətti mövcud deyil. İtaliyanın ən səssiz qaçış nöqtələrindən biri olan Palmarola məhz bu yoxluqları ilə diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, Romanın qərbində yerləşsə də, paytaxtın sıxlığı və tempindən tamamilə uzaqdır. Günlük səfər məsafəsində olsa da, ruhən çox uzaqda yerləşir. Romanı ziyarət edən milyonlarla turist Palmarola adasını görmədən ölkədən ayrılır.

Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdurPalmarolaya çatmaq niyə bu qədər çətindir?

Adada hər hansı bir qəsəbə və ya bərə terminalı yoxdur. Çox vaxt Palmarolaya çatmağın yeganə yolu Ponza adasından kiçik bir qayıqla səfər etməkdir.

Romadan əvvəl Anzio limanına qatarla getmək, oradan Ponzaya bərə ilə keçmək və sonra bir balıqçı ilə razılaşmaq lazımdır. Bu çətin yolculuq isə adanı cazibədar edən səbəblərdən biridir, çünki Palmarolada daimi yaşayan yoxdur və ada turizm yox, təbiətin qaydalarına görə formalaşıb.

Müasir həyat burada dayanır

Palmarolanı özəl edən şey təqdim etdikləri deyil, əksinə təqdim etmədikləridir. İnfrastruktur yoxdur, lüks yoxdur, sürət yoxdur. Vulkanik qayalar dənizdən sərt şəkildə yüksəlir: sahillər dar körfəzlərlə, mağaralar və tunellərlə əhatələnib.

Yeganə bir çimərlik, daxili hissələrə uzanan bir neçə patika və demək olar ki, toxunulmamış təbiət… Burada zaman yavaşlayır, hətta demək olar ki, dayanır.
Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdurQayalara oyulmuş otaqlar və təzə balıq

Adadakı sayılı məkanlardan biri olan "O’Francese" köhnə balıqçı mağaralarının içərisinə qurulmuş sadə bir restoran olaraq xidmət göstərir. Günlük tutulan balıqlar təqdim olunur və bir neçə sadə otaq qonaqlara açılır. Qonaklamaq istəyənlər aylar öncədən rezervasiya etməlidir.

Tam pansionda gecələmək qiyməti təxminən 150 avrodan başlayır. Elektrik məhduddur, internet yoxdur: amma ulduzlarla dolu gecələr bunun əvəzini tam ödəyir.

Bir tərəfdən çox şey var, bir tərəfdən heç nə yoxdur

Trevisoda yaşayan informatika mütəxəssisi Maria Andreini hər yay ailəsi ilə Palmarolaya gəlir.

"Burada çox şey etmək mümkündür, amma eyni zamanda heç nə yoxdur", deyə o, bildirir. Günlər pembe çınqıl çimərlikdə üzmək və dənizi şnorkel ilə kəşf etməklə keçir. Axşamlar sahildə uzanıb ulduzlara baxılır, gecələr isə fənərlə dolaşılır. Sübh tezdən adanın ən yüksək nöqtəsinə yürüş edərək gün doğumu qarşılanır.

"Bir həftə boyunca sanki Daş Dövründə tətil edirmişik kimi hiss edirik", deyə o, əlavə edir.
Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdurTarixdən orta əsrlərə qədər izlər

Sahildən daxili hissələrə uzanan patikalar orta əsr monastır qalıqlarına və tarix öncəsi məskunlaşma izlərinə çatır. Yerli tarixçilərə görə Palmarola minlərlə il əvvəl obsidian daşı üçün ziyarət edilən bir mərkəz olub. Uçurumlarda hələ də bu qara daşın izləri görünür. Mənzərə isə o gündən bu yana demək olar ki, dəyişməyib.

Dənizdən kəşf edilən ada

Əsas çimərliyin o tayını görmək üçün ən yaxşı yol kiçik bir qayıqla səyahət etməkdir. Dəniz qüllələri, mağaralar və təbii tunellər sahil boyunca uzanır. Təmiz sular şnorkelçiləri və dalğıcı cəlb edir. Quru tərəfdə isə adını aldığı bodur palma ağacları arasında dolaşan vəhşi keçilərdən başqa demək olar ki, canlı yoxdur.

Aziz Silverius və müqəddəs bir ritual

Qayalıqların üzərində dənizi görən kiçik ağ bir kapella yerləşir. VI əsrdə yaşamış Papa Aziz Silveriusun burada sürgündə öldüyü güman edilir. Hər il iyun ayında Ponza’dan yola çıxan balıqçılar Palmarola’ya gəlir, kapellaya çiçəklər aparır və azizin heykəlini qayıqlarla gəzdirirlər. Bu ritual adanın sakinləri üçün hələ də böyük əhəmiyyət kəsb edir.
Adına "Cənnət adası" deyirlər, amma... - Nə yol var, nə siqnal, nə də elektrik yoxdurSəssizliyin lüks olduğu bir yer

Palmarola hər kəs üçün deyil. Rahatlıq axtaranlar və sürətli tətil planlayanlar üçün çətin ola bilər. Amma sıxlıqdan qaçmaq, təbiətlə baş-başa qalmaq və həqiqətən "əlaqəni kəsmək" istəyənlər üçün unikal bir ünvandır.

Bəlkə də Palmarolanın əsl lüksü məhz budur: səssizlik, yalnızlıq və insanı yavaşladan o köhnə dünya hissi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

21:45 38
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

20:45 119
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 221
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

14:00 282
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

17:37 226
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

13:46 284
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

21:45 38
.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

18:15 181
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

19:45 134
.