ABŞ və Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib

ABŞ və Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlibABŞ və Avropa müttəfiqləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində ümumi razılığa gəliblər.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlayıb.

Rubio bildirib ki, son günlər təhlükəsizlik zəmanətləri ilə bağlı intensiv müzakirələr aparılır və bu məsələ üzrə ümumi anlaşma mövcuddur. Onun sözlərinə görə, Ukrayna ilə bağlı hələ həll olunmamış əsas məsələ ərazi problemidir və tərəflərin mövqelərini uzlaşdırmaq üçün fəal iş gedir.

Eyni zamanda, dövlət katibi Rusiyanın Ukrayna üçün mümkün Qərb təhlükəsizlik zəmanətlərinə razılığının hələ əldə olunmadığını vurğulayıb. Rubio qeyd edib ki, bu çərçivədə nəzərdə tutulan bütün tədbirlər yalnız münaqişə həll edildikdən sonra qüvvəyə minə bilər.

O həmçinin diqqətə çatdırıb ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyət son dərəcə dinamikdir. Senat komitəsində çıxışı zamanı Rubio xəbərdarlıq edib ki, "yeni inkişaflar baş verərsə, təqdim olunan məlumatlar 72 saat ərzində aktuallığını itirə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 955   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 196
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 150
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 163
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 169
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

14:00 225
.

Məktəblərdə baş örtüyü ilə bağlı müzakirə: "Vahid qayda hamıya eyni tətbiq olunmalıdır"

"Məktəblərdə baş örtüyü məsələsinə ilk növbədə dövlətçilik və qanunun aliliyi prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir və dövlət məktəbləri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabər təhsil mühiti yaratmalıdır". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəms

12:53 211
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 184
.

İspaniyada ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açıldı

İspaniyada çirkli pulların yuyulması və dələduzluqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. xəbər verir ki, bu barədə "El Diario" qəzetinin iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğində dələduzluqd

10:45 160
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 163
.