Zelenski: "Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub"
"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfərin taleyi hələlik naməlum olaraq qalır. Gəmi heyətinin on bir üzvü xilas edilib, onlardan biri isə yaralanıb".
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" səhifəsində paylaşım edib.
V.Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna Qara dənizdə təhlükəsizliyin təmin olunması və vəziyyətin deeskalasiyası üçün dəfələrlə konkret addımlar təklif edib. O, bildirib ki, analoji təşəbbüslərlə üçüncü ölkələr də çıxış edib.
"Buna baxmayaraq, Rusiya normal dəniz gəmiçiliyini təmin etmək əvəzinə, mülki gəmiləri hədəf almağa davam edir. Qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün müvafiq təzyiqlərin göstərilməsi zəruridir və bu prosesdə maraqlı olan bütün tərəflərin dəstəyi vacib hesab edilir", - deyə Zelenski paylaşımında qeyd edib.
16:19
Rumıniyanın ərazi sularının hüdudlarından kənarda "Royad Mammadov" gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyü bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin dərc etdiyi məlumatda qeyd olunur.
Rumıniyanın Daxili İşlər Nazirliyi alovlanan gəminin 11 heyət üzvünün xilas edildiyini açıqlayıb.
15:49
Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda üzən "Royad Mammadov" gəmisinə dron hücumu olub. Nəticədə gəmidə güclü yanğın baş verib. Hadisə zamanı kapitan xəsarət alıb, heyətin 13 üzvü isə itkin düşmüş hesab olunur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rumıniya Dəniz İdarəsi rəsmi açıqlama yayıb.
Hazırda ölkəyə məxsus gəmilər tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Məlumata görə, Sent-Kits və Nevis Federasiyasının bayrağı altında üzən və taxıl məhsulları daşıyan gəmi Ukraynanın İzmail limanından yola düşərək İtaliyanın Ravenna şəhəri istiqamətində hərəkət edirmiş.
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.
O, 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub.
O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, doğma Mahmudavar kəndində dəfn edilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 163 Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI
Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa
12:00 268 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
18:15 0 Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları
Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini
19:00 1 Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA
Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri
18:45 1 Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir
Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın
14:54 160 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 173 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 245 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
15:42 205