Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? - RƏSMİ AÇIQLAMA
"Son həftələr ərzində onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların çoxu Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılır və buraxılmır".
Bizim.Media xəbər verir ki, bu şikayətlə "Qafqazinfo.az"a vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir:
"Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır, səbəb izah olunmur, konkret müddət deyilmir. Nəticədə insanlar həftələrlə gözləməyə məcbur qalır".
Şikayətçilər deyir ki, söhbət kommersiya məqsədli yox, şəxsi istifadə üçün sifariş olunan mallardan gedir:
"Buna baxmayaraq, proses qeyri-şəffaf şəkildə uzadılır və bu da haqlı narazılığa səbəb olur".
Bu prosesi, həmçinin son günlər sosial şəbəkə və media orqanlarında müzakirə olunan, gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan iddialarla da əlaqələndirən var.
Vətəndaşlar Dövlət Gömrük Komitəsinə müraciət etsələr də, onları narahat edən suallara heç bir rəsmi cavab ala bilmədiklərini də iddia edirlər: "İnsanlar səbəb istəyir... Bu nə vaxta kimi davam edəcək? DGK heç bir açıqlama vermir, hətta sosial şəbəkəsində yazılan rəylər də silinir. Dəfələrlə gömrüyə və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət ünvanlamışıq, lakin cavab gəlməyib".
Məsələ ilə bağlı DGK-dən bildirildi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir:
"Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1165 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 196 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 184 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 153 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 157 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl
17:57 0 Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək
14:23 196 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 245 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 185 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 160