Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndərib

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndəribCüdo üzrə milli komandanın keçmiş üzvü, Azərbaycan Respublikası Cüdo Federasiyasının rəhbərliyi tərəfindən haqsız şəkildə milli komandadan uzaqlaşdırılan Şamil Tuncay Zəfər oğlu başına gətirilənlərlə bağlı ölkə başçısına açıq məktub ünvanlayıb.

Sonxeber.az həmin məktubu olduğu kimi təqdim edir:

Gənclərin dostu, Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyev!

Sizin ölkənin idman sahəsinə göstərdiyiniz qayğı göz önündədir. Sayənizdə idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, göstərdiyiniz diqqət və qayğı nəticəsində idmançılarımız beynəlxalq arenada yüksək nəticələr əldə etməkdədirlər. Bu yanaşmanın nəticəsi olaraq son illərdə Azərbaycanda idman sahəsində genişmiqyaslı və sistemli işlər görülmüşdür. Sizin təşəbbüsünüz və dəstəyiniz ilə ölkənin paytaxtında və regionlarında müasir idman infrastrukturu yaradılmış, onlarla Olimpiya İdman Kompleksi, stadionlar, idman zalları və digər idman obyektləri tikilərək istifadəyə verilmişdir. Bu obyektlər gənclərin idmana cəlb olunmasına, idmanın kütləviliyinin artırılmasına və peşəkar idmançıların yetişdirilməsinə böyük töhfə vermişdir.

.
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya səviyyəli çempionatlarda ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və turizmin inkişafına müsbət təsir göstərmişdir.

İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandığı bir dövrdə Cüdo Federasiyasına təyin edilmiş bəzi vəzifəli şəxslər bu etimaddan sui-istifadə edərək mənə qarşı ədalətsiz qərar qəbul etmişlər.
Ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etməyimə, 4 yaşından etibarən idmanla məşğul olmağıma baxmayaraq, heç bir təqsirim olmadan federasiyanın 17.11.2025-ci il tarixli qərarı ilə mən 10(on) il müddətinə Azərbaycan Milli Komandasından uzaqlaşdırılmışam və mənim yarışlarda, təlim və ya təlim -məşq toplanışlarında iştirakıma 10 il müddətinə qadağa qoyulmuşdur.

Bu ədalətsizliklə bağlı bir neçə dövlət qurumuna rəsmi şəkildə müraciət etməyimə baxmayaraq, müraciətlərim cavabsız qalmışdır. Federasiyanın verdiyi ədalətsiz qərar mənim idman sahəsindəki karyeramı həm ölkə ərazisində, həm də xarici ölkələrdə davam etdirməyimin qarşısını alır. Mənim nəinki ölkəmizdə, həmçinin ölkə xaricində karyeramı davam etdirməyimin qarşısını almaqda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin məqsədi nədir? Nəyə görə digər ölkələrdən təkliflər aldığım halda mən idman sahəsində karyeramı davam etdirə bilmirəm. Mənə qarşı belə qərəzin səbəbini nədir?

Ölkədə idmanın inkişafı dövlət səviyyəsində dəstəkləndiyi, idmançılar üçün bərabər, sağlam mühitin yaradıldığı, Azərbaycanın beynəlxalq yarışlara yüksək təşkilatçılıq səviyyəsi ilə ev sahibliyi etdiyi, və iştirakçı ölkələr tərəfindən müsbət qiymətləndirildiyi bir dövrdə bir Azərbaycan gəncinə edilmiş bu haqsızlıq təəssüf doğurur.

Sizdən xahiş edirəm ki, mənə qarşı qəbul edilmiş ədalətsiz qərarın ləğv edilməsinə və digər ölkəyə transfer olub orada karyeramı davam etməyimə köməklik göstərəsiniz.

Qeyd edək Tuncay Şamil Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə bağlı müvafiq dövlət qurumlarına da yenidən müraciət edəcəyini vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail müdafiə naziri İran liderlərini təhdid etdi

İran öldürülmüş lideri Ayətullah Əli Xamenei üçün çoxgünlük dəfn mərasimi keçirərkən İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, "İsraili məhv etmək planları irəli sürməyə cəhd edən hər hansı bir İran liderinin qarşısı alınacaq". BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Katzın bazar ertəs

11:23 183
.

Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün əlçatan olması istiqamətində tədbir görülüb. "Qafqazinfo" agentliyə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərd

12:20 283
.

Yaxşı valideynlər pis uşaqlara səbəb olan səhvlər edirlər - PSİXOLOQ

Valideynlər övladları üçün ən yaxşısını etmək istəsələr də, bəzən həddindən artıq qayğı göstərərək onların müstəqil və psixoloji cəhətdən dözümlü böyüməsinə mane ola bilirlər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri uşağın özü yerinə yetirməl

19:00 136
.

Şıx çimərliyindəki həmin görüntülərlə bağlı rəsmi açıqlama - Video

Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosia

17:13 255
.

Həftədə nə qədər qırmızı balıq yemək olar? Dietoloqların TÖVSİYƏSİ

Qırmızı balıq, xüsusilə də qızılbalıq, zəngin tərkibinə görə ən faydalı qidalardan biri hesab olunur. Tərkibində iltihab əleyhinə təsir göstərən omeqa-3 yağ turşuları var. Bu maddələr beynin, ürəyin və qalxanabənzər vəzin normal fəaliyyətini dəstəkləyir. xarici mediaya istinadən xəbər verir ki, qızılbalı

18:30 144
.

Nəriman Həsənzadə hələ də reanimasiyadadır

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır. Bu barədə "Qafqazinfo"ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib. "Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabi

13:44 219
.

Ursula Fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi üçün çalışırıq

Avropa İttifaqı növbəti günlər ərzində Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul edilməsi üçün dayanmadan çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında deyib. O, Rusiyanın ötən gecə Ukraynaya qarşı həyata keçirdiyi hücumları pisləyi

20:30 71
.

Təkcə içmək üçün deyilmiş: Araqla təmizləyə biləcəyiniz 12 gözlənilməz şey

Araq deyildikdə çoxlarının ağlına ilk növbədə içki gəlir. Ancaq məlum olub ki, yüksək spirt tərkibi sayəsində araq məişətdə təmizləyici və dezinfeksiyaedici vasitə kimi də istifadə oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, arağın tərkibindəki yüksək miqdarda spirt onu güclü dezinfeksiyaedic

19:30 132
.

Ermənistan Prezidentinin ofisində diqqətçəkən dəyişiklik - Ararat tablosu yoxa çıxdı

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın qəbul zalında asılı olan Ararat dağının təsviri götürülüb. xəbər verir ki, bu barədə Sputnik-in "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, əvvəllər prezidentin ofisində Ararat dağını əks etdirən iri ölçülü tablo asılmışdı. Xaçaturyanın son rəsm

11:19 182
.

TOP MP3