Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"

Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır", "piylənməyə səbəb olur", "ölümcül fəsadlar yaradır" kimi çıxışlar da eşidirik.

Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?

Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, qıcqırtma prosesini qısaldırlar:

"Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, bişmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.

Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (qıcqırtma prosesi). Şişəndə ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.

Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də "vaxt udmaq"dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da 1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur".

Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:

"Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə "eco pan", "eco plus" kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.

Tonlarla çörək bişirən sexə kilolarla "eco pan", "eco plus" lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. "Eco pan" bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.

Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda "eco pan", "eco plus" istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 0
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 148
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 247
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal

09:53 141
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 149
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 158
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 280
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 0
.

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi"

Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:. "Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zən

12:12 180
.