Hansı dırnaq dəyişiklikləri xəstəliklərə işarə edir
Dırnaqların rəngində, formasında və ya strukturunda baş verən dəyişikliklər təkcə kosmetik problem deyil, həm də orqanizmdə ciddi pozuntuların siqnalı ola bilər.
Lent.az xəbər verir ki, dırnaqların görünüşü insanın sağlamlıq vəziyyəti haqqında düşündüyümüzdən daha çox məlumat verə bilər. Həkimlər diaqnostika zamanı onların rənginə, formasına və quruluşuna xüsusi diqqət yetirirlər. Məsələn, əməliyyatdan əvvəl xəstələrdən dırnaq lakını silmək tələb olunur. Bu, estetik səbəbdən deyil, dırnaq lövhəsinin təbii vəziyyətinə baxaraq sağlamlıq haqqında məlumat əldə etmək üçündür. Ailə həkimi və tibbi məsləhətçi Cüzeppe Araqonanın sözlərinə görə, bəzi dəyişikliklər zərərsiz olsa da, digərləri ciddi xəstəliklərin əlaməti ola bilər.
Sarı dırnaqlar
Dırnaqların saralması çox vaxt göbələk infeksiyasına işarə edir, xüsusilə də dırnaqlar qalınlaşıb və yavaş uzanırsa. Nadir hallarda isə bu hal xroniki tənəffüs xəstəlikləri və ya limfa sistemi problemləri ilə bağlı ola bilər, xüsusilə də bədəndə şişkinlik müşahidə olunursa.
Tünd xətlər və ya zolaqlar
Dırnaq boyunca uzanan tünd xətt və ya zolaqlar ciddi qəbul olunmalıdır, xüsusilə də yeni yaranıbsa və ya dəyişirsə. Bəzi hallarda bu, dırnaqaltı melanoma (dəri xərçəngi növü) əlaməti ola bilər və dərhal müayinə tələb edir. Digər hallarda isə bu dəyişiklik travma, dərman qəbulu və ya genetik meyl ilə bağlı ola bilər.
Ağ ləkələr
Çoxları düşünür ki, ağ ləkələr kalsium çatışmazlığından yaranır, lakin bu doğru deyil.
Bu, çox yayılmış haldır və adətən dırnağın kiçik zədələnməsi nəticəsində yaranır.
Qaşıq formalı dırnaqlar
Bu vəziyyət tibbdə "koiloniya" adlanır. Dırnaqlar düz deyil, içəriyə doğru çökük qaşıq formasında olur. Bu, çox vaxt dəmir çatışmazlığı ilə əlaqələndirilir və bəzən anemiya əlaməti ola bilər. Həkimlər bu vəziyyəti digər simptomlarla birlikdə qiymətləndirirlər. Məsələn, yorğunluq və nəfəs darlığı.
Nəticə
Dırnaqlarda baş verən dəyişiklikləri diqqətdən qaçırmaq olmaz. Onlar bəzən sadə səbəblərlə bağlı olsa da, bəzi hallarda ciddi xəstəliklərin erkən siqnalı ola bilər. Buna görə şübhəli dəyişikliklər olduqda mütləq həkimə müraciət etmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 784 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1076 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 820 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 693 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501