Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı bir sıra ölkələr ciddi qərarlar qəbul etməyə başlayıb. Bu istiqamətdə qanunvericilik səviyyəsində ilk addımı Avstraliya atıb. Fransa da analoji qərar verməyə hazırlaşır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İnternet və sosial media olmadan müasir dünyanı təsəvvür etmək mümkün deyil. Lakin bu resurslar rahat və əlçatan olsa da, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün ciddi risklər də daşıyır. Virtual dünya uşaq və yeniyetmələrə xüsusilə güclü təsir göstərir. Gec də olsa, artıq dünya ölkələri həyəcan təbili çalmağa başlayıb.

Qadağanı dəstəkləyən ilk Avropa ölkəsi

Fransada 15 yaşdan kiçik bütün yetkinlik yaşına çatmayanların sosial mediaya girişini qadağan edən qanun layihəsi hazırlanıb. Layihə Assambleyada təsdiqləndikdən sonra Senat (Fransa parlamentinin yuxarı palatası) tərəfindən nəzərdən keçiriləcək və Prezident Emmanuel Makron tərəfindən imzalanacaq. Bunun 1 sentyabr 2026-cı ildə baş verəcəyi gözlənilir. Nəhayət qəbul edilərsə, Fransa sosial mediaya giriş üçün yaş həddi müəyyən edən ilk Avropa ölkəsi olacaq. Hansı platformaların məhdudiyyətlərə məruz qalacağı hələ dəqiqləşdirilməyib, lakin məlumdur ki, qanun layihəsi təhsil resurslarına və "Vikipediya" kimi onlayn ensiklopediyalara təsir göstərməyəcək. Digər məsələlərlə yanaşı, orta məktəbdə mobil telefonların istifadəsinin də qadağan edilməsi təklif edilir. Təşəbbüs Prezident Emmanuel Makron tərəfindən fəal şəkildə dəstəklənir. O bildirib ki, Fransa uşaqlarının beyinləri nə Amerika platformaları, nə də Çin alqoritmləri tərəfindən manipulyasiya edilməməlidir.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Hamı bu təşəbbüsü dəstəkləmir

Lakin hamı bu təşəbbüsü dəstəkləmir. Tənqidçilər qadağanı çox radikal adlandırır və bunun fərdi azadlığı poza biləcəyini, əsas problemləri həll etməyəcəyini iddia edirlər. Bəzi uşaqların müdafiəsi assosiasiyaları hesab edir ki, platformalar sadəcə girişi məhdudlaşdırmaq əvəzinə, istifadəçi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığın arxasında siyasi məsələlər də dayanır. Məsələn, sosial şəbəkələrin əksəriyyətinin xarici şirkətlərə məxsus olması. Onların əlində istifadəçilər haqqında böyük həcmdə məlumat, həmçinin insanın hansı məzmunlu materialları görəcəyinə təsir etmək imkanı var.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Məhdudiyyətlər bu ay təsdiqlənəcək?

Qanun layihəsinin müəlliflərindən biri, keçmiş baş nazir və prezidenti dəstəkləyən "Renessans" partiyasının baş katibi Qabriel Attal senatorların məhdudiyyətləri fevralın ortalarına qədər təsdiqləyəcəyinə ümid edir. Bu halda onlar yeni tədris ilinin əvvəlində - 1 sentyabrda qüvvəyə minəcək. Avropada ənənəvi olaraq bəzi platformaların Aİ-nin Rəqəmsal Xidmətlər Haqqında Qanununa (Digital Services Act, DSA) əməl etməkdən imtina etməsi də narazılıq doğurur. İlin əvvəlində "X" sosial şəbəkəsi ilə bağlı qalmaqal alovlanıb. Bu, orada generasiya edilmiş pornoqrafik məzmunlu şəkillərin, o cümlədən buna icazə verməyənlərin görünüşündən istifadə etməklə yaradılan təsvirlərin peyda olması ilə əlaqədar idi.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Qanun layihəsinin tənqidçisi, sol partiya "Təslim olmayan Fransa"dan olan parlament deputatı Arno Sen-Marten qadağanı "rəqəmsal paternalizmın bir forması" adlandırıb və bunun texnologiyaların mənfi təsirinə "həddindən artıq sadələşdirilmiş" reaksiya olduğunu qeyd edib.

Avstraliya nümunəsi

Qeyd edək ki, əslində Fransa Avstraliyanın nümunəsini götürüb. Avstraliya dünyada 16 yaşdan kiçik uşaqlara və yeniyetmələrə sosial mediadan istifadəni qadağan edən ilk ölkə olub. Məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib və 16 yanvar 2026-cı il tarixinə qədər İnternet Təhlükəsizliyi Komissarlığının ofisi platformaların 4.7 milyon yetkinlik yaşına çatmayan şəxsin hesabını blokladığını bildirib. Hakimiyyət orqanları dünyada 16 yaşdan kiçik istifadəçilər üçün onlayn platformalara qoyulan ilk qadağanı "qürur" adlandırır. İT nəhəngləri isə onun effektivliyinə şübhə ilə yanaşır. Məhdudiyyətlərdən təsirlənən məşhur platformalar arasında "Instagram", "Facebook", "TikTok", "YouTube", "Reddit", "Snapchat", "Threads", "Twitch", "X" və "Kick" var. Lakin zəif moderasiyaya görə tez-tez tənqidlərə baxmayaraq, "Roblox" kimi bəzi xidmətlər əlçatan olaraq qalır. Qanunun qüvvəyə minməsindən cəmi bir ay sonra media orqanları avstraliyalı yeniyetmələrin yeni qaydalara necə uyğunlaşdıqlarını anlamaq üçün sorğu keçiriblər və təsirin fərqli olduğunu aşkar etdilər.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Effektiv yaş yoxlama mexanizmi hazırlanır

Media məlumatlarına görə, Aİ səviyyəsində artıq effektiv yaş yoxlama mexanizminin hazırlanması üzərində iş aparılır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl sosial şəbəkələrə giriş üçün ümumavropa minimum yaş həddinin tətbiq edilməsinin lehinə çıxış edib. Bununla yanaşı, o, mümkün nəticələrin ekspert qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. Avropa Komissiyasının rəsmi nümayəndəsi Tomas Renye bildirib ki, 2026-cı ilin əvvəlində uşaqların sosial şəbəkələrdən istifadəsi məsələləri üzrə məsləhət qrupunun yaradılması planlaşdırılır.

Dünyada daha hansı nümunələr var?

Yeri gəlmişkən, ABŞ-də federal qanun sosial media və onlayn xidmətlərə valideynlərin razılığı olmadan 13 yaşdan kiçik uşaqlardan şəxsi məlumatlar toplamağı qadağan edir. Praktikada bu o deməkdir ki, 13 yaşdan kiçik uşaqlar böyüklərin iştirakı olmadan rəsmi olaraq qeydiyyatdan keçə bilməzlər. Çində isə hakimiyyət orqanları smartfonlar və tətbiqlər üçün xüsusi "uşaq rejimi" tətbiq edib. Bu rejim uşaqların onlayn nə qədər vaxt keçirə biləcəyini, hansı xidmətlərə çıxışı olduğunu və cihazlarından hansı saatlarda istifadə edə biləcəklərini müəyyənləşdirir. Platformaların özləri də məhdudiyyətlər tətbiq edir: "TikTok", "Facebook", "Snapchat" da daxil olmaqla əsas sosial media və onlayn xidmətlər rəsmi olaraq yalnız 13 yaşından etibarən qeydiyyata icazə verir. Rusiyada hazırda uşaqların sosial mediaya çıxışına ciddi qadağa qoymaq planı yoxdur, lakin bu cür təşəbbüslər bəzən müzakirə olunur. Artıq Türkiyə hökuməti də uşaqları rəqəmsal və sosial media platformalarının potensial zərərlərindən qorumaq məqsədilə yeni müdafiə mexanizmi hazırlayır.

Belə görünür ki, Avstraliyada atılan addım və Fransada davam edən məhdudiyyətlər tək bir ölkənin qərarı yox, qlobal bir prosesin başlanğıcıdır. Artıq hər bir ölkə təhlükənin ciddiliyini başa düşür və profilaktik addımlar atmağa başlayır. Bu məhdudiyyətlər effektiv olacaqmı - bunu zaman göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 07 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BİG.AZ -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgə

04.10.2026 499
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 912
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 131
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 152
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 138
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

04.10.2026 225
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 137
.

İspaniyada ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açıldı

İspaniyada çirkli pulların yuyulması və dələduzluqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. xəbər verir ki, bu barədə "El Diario" qəzetinin iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğində dələduzluqd

10:45 136
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 214
.