"Bloomberg": Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
Rusiya əmək bazarındakı böhran fonunda Hindistan, Şri-Lanka və digər Asiya ölkələrinə rekord sayda işçi üçün müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə 240 mindən çox iş icazəsi verib. Bu, 2017-ci ildən bəri ən yüksək göstəricidir. Artımın böyük hissəsi Hindistan, Şri-Lanka, Banqladeş və Çin vətəndaşlarının payına düşür.
Nəşr qeyd edib ki, asiyalı işçilər yalnız qar təmizləyən kimi vəzifələrdə deyil, həm də tikinti meydançaları, restoran və otellərdə işləyirlər. Onlar üçün intensiv rus dili kursları təşkil edilir, hətta Rusiyanın bazarına yönəlmiş qaynaqçılar üçün Hindistanın cənubunda tədris mərkəzi açılıb.
Agentlik bildirib ki, vizasız Rusiyaya daxil ola bilən və tez-tez işəgötürən dəyişdirən Mərkəzi Asiya miqrantlarından fərqli olaraq, şirkətlər indi viza və müqavilələrlə işlərinə bağlı olan əməkdaşlarla maraqlanırlar. Belə əməkdaşlar rusiyalılardan ucuz başa gəlir, çünki ixtisaslı hindistanlı elektrik rus həmkarından 25 % az qazanır.
Qeyd edək ki, Moskva və Nyu-Dehli 2025-ci ilin dekabrında əmək miqrasiyası prosedurlarını sadələşdirən saziş imzalayıb. Hindistanlı işçilərin sayı bir neçə il ərzində 11 dəfə artıb: 2021-ci ildə onlara təxminən beş min iş icazəsi verilib, 2025-ci ildə isə 56 mindən çox hindistanlı iş icazəsi ilə təmin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 75 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 176 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 138 "Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
04.10.2026 176 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 895 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 116 Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar
11:18 103 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 110 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 101