"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞPayız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslərdə pnevmoniya, tənəffüs çatışmazlığı və digər ciddi ağırlaşmalara səbəb ola bilir. Ağır hallarda xəstəxanaya yerləşdirilmə, hətta həyati risk də yarana bilər.

Qeyd edək ki, Azərbaycanda qripə qarşı vaksinlərin alınmasına 903 min manatdan çox vəsait ayrılıb. "Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi qripə qarşı peyvəndlərin satın alınması ilə bağlı müqavilə bağlayıb. Satınalma üzrə "EPİDBİOMED" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 903 290 manat məbləğində müqavilə imzalanıb. Bu, xəstəliyin mövsümi yayılmasına qarşı hazırlıq tədbirlərinin aparıldığını göstərir.

Səhiyyə Nazirliyi də qripdən qorunmada vaksinasiyanın əhəmiyyətini vurğulayır. Peyvəndin əsas məqsədlərindən biri yalnız yoluxma ehtimalını azaltmaq deyil, qripə yoluxduğu halda xəstəliyin daha ağır keçməsinin və ciddi fəsadların yaranması riskinin aşağı salmaqdır. Peyvənddən sonra immunitetin formalaşması isə təxminən iki həftə çəkir.

Bununla belə, cəmiyyətdə qrip peyvəndi ilə bağlı bir sıra suallar qalır. Peyvənd xəstəliyə yoluxmaqdan tam qoruyurmu, yoxsa əsas məqsəd qripin daha ağır keçməsinin qarşısını almaqdır? Vaksinasiya üçün ən uyğun vaxt nə zamandır? Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər qrip peyvəndinə nə dərəcədə ehtiyac duyurlar?

Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bizdə "peyvənd" sözünü belə heç kəs eşitmək istəmir. Müxtəlif mifləri əslində özümüz formalaşdırmışıq, peyvənd öldürür, zəhərləyir, əlil edir və s. Amma kiçik bir araşdırma aparsaq, görərik ki, bu arqumentlərin heç biri öz təsdiqini tapmır.

Qripə gəldikdə isə, 6 aydan yuxarı uşaqlar qripdən qorunmaq üçün ildə bir dəfə - sentyabr-noyabr aylarında mütləq vaksinasiya olunmalıdırlar. Çünki payıza qədər beynəlxalq təşkilatlar hər coğrafi ərazidə qripin hansı ştamının yayıla biləcəyini araşdıraraq məlumat verirlər. Ona görə də payızda, sentyabr ayından başlayaraq qripdən qorunmaq üçün vaksinasiya aparılır. Xüsusilə uşaqlardan danışsaq, 6 aydan yuxarı uşaqlara ildə bir dəfə vaksin vurulmalıdır. Əgər uşaq ilk dəfə vaksin olunursa, bir ay ara ilə iki dəfə peyvəndlənməlidir. Yəni, əvvəllər heç peyvənd olunmayıbsa, bir ay intervalla iki dəfə vaksin vurulmalıdır".

Həkim qeyd edib ki, peyvənd xəstəlikdən qoruyur: "Yoluxmanın daha ağır keçməsinin qarşısını alırmı? Bəli, alır. Peyvənd olunan uşaq sonradan qripə yoluxa bilərmi? Yoluxa bilər. İstənilən peyvənd 100 faiz qoruyucu deyil. Bu, həm vaksinin özündən, həm də insanın vaksinə verdiyi reaksiyadan asılıdır. Çox kiçik faiz aralığında immunitet formalaşmaya bilər və bu, bütün dünyada belədir.

Ona görə də uşaqları qripdən qorumaq üçün peyvənd olunmağa çağırıram. Ən çox da uşaq kollektivlərinə gedən - bağça və məktəb yaşlı uşaqlar mütləq peyvənd olunmalıdırlar. Uşağımızı qorumaq istəyiriksə, tibdə belə bir qayda var: yoluxucu xəstəlikdən qorunmağın birinci şərti, əgər onun peyvəndi varsa, mütləq vaksinasiya olunmaqdır. Digər gigiyena qaydaları isə sonradan gəlir və hər kəs bunlara riayət etməlidir. Lakin yoluxucu xəstəliyə qarşı peyvənd varsa, o mütləq olunmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 235
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

16:40 0
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 116
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

15:30 110
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 209
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 147
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 257
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

15:50 94
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 129
.