Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQAzərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib.

İnfarkt nədir?

İllər üzrə rəqəmlərə baxdıqda insultdan ölüm halları 2021-ci ildə 7803 olub. 2022-ci ildə bu göstərici 6362-yə enib, 2023-cü ildə 6447, 2024-cü ildə 6429, 2025-ci ildə isə 6469 olub. Beləliklə, 2025-ci ildə insultdan ölüm sayı 2021-ci illə müqayisədə 1334 nəfər və ya 17,1 faiz az olub. Bununla belə, 2025-ci ildə göstərici əvvəlki illə müqayisədə 40 nəfər artıb. Kəskin miokard infarktından ölüm göstəricilərində isə 2021-ci ildə 4737 nəfər qeydə alınıb. Sonrakı illərdə bu rəqəm 4085, 4362 və 4239 olub. 2025-ci ildə isə kəskin miokard infarktından 4040 ölüm qeydə alınıb. Bu göstərici

2021-ci illə müqayisədə 697 nəfər və ya 14,7 faiz azdır. Eyni zamanda, 2025-ci ildə əvvəlki illə müqayisədə kəskin miokard infarktından ölüm halları 199 nəfər azalıb. Ümumilikdə, təqdim olunan rəqəmlər göstərir ki, 2021-ci ildən 2025-ci ilə qədər həm insultdan, həm də kəskin miokard infarktından ölüm göstəricisində azalma olub. Lakin insult üzrə 2025-ci ildə əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Son illər insult və kəskin miokard infarktının artmasının səbəbi daha çox hansı amillərlə bağlıdır? Həkimlər əhaliyə nə tövsiyə edir?

Kardioloq, professor İdris Xəlilov Musavat.com-a deyib ki, ürək-damar xəstəlikləri (ÜDX) nəinki bizdə, eləcə də bütün dünyada ölümün əsas səbəblərindən biridir.

Tanınmış kardioloq: "Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram"

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan üzrə ölüm səbəblərinin beynəlxalq müqayisəsində ehtiyatlı olmağı tövsiyə edir. Çünki ölüm qeydiyyatı məlumatlarının keyfiyyəti ilə bağlı müəyyən məhdudiyyətlər var. Azərbaycanın yüksək ürək-damar ölümü yükü yeni yaranmış problem deyil. Bu, yalnız Azərbaycanın problemi də deyil. ÜST bütün dünyada ÜDX-nin əsas risk faktorları kimi tütün istifadəsini, stressi, qeyri-sağlam qidalanmanı, artıq çəkini, fiziki passivliyi, zərərli alkoqol istifadəsini və hava çirklənməsini göstərir", - professor bildirib.

Professor qeyd edib ki, ən böyük səhvlərdən biri insanı yalnız xəstə olduqdan sonra müalicə etməkdir: "Məncə, statistikaya baxanda maraqlı bir paradoks ortaya çıxır. Tibb son 50 ildə inanılmaz dərəcədə inkişaf edib. Angioplastika, stent, AKŞ, ablasiya, cihaz implantasiyası, antikoaqulyantlar, statinlər, yeni diabet dərmanları, müasir intensiv terapiya və digər müalicə üsulları geniş tətbiq olunur. Buna baxmayaraq, ürək-damar xəstəlikləri hələ də dünyada bir nömrəli ölüm səbəbidir. Bu, müasir müalicələrin faydasız olduğu anlamına gəlmir. Əksinə, onların kəskin infarkt, insult və digər ağır vəziyyətlərdə insanların həyatını xilas etdiyini göstərən güclü sübutlar var. Amma statistikadan başqa bir nəticə də çıxır, əgər əsas risk faktorlarının yaranmasının qarşısını ala bilmiriksə, xəstəlik yarandıqdan sonra onu nə qədər yaxşı müalicə etsək də, problemin yalnız nəticəsi ilə mübarizə aparmış oluruq.

Fikrimcə, profilaktikanın əsas sütunları bunlardır:

1. Stressdən mümkün qədər uzaq olmaq;
2. Siqaretdən uzaqlaşmaq;
3. Gündəlik fiziki aktivliyi artırmaq;
4. Keyfiyyətli və mümkün qədər az emal olunmuş qidalarla qidalanmaq;
5. Artıq çəki, qlükoza, arterial təzyiq və digər risk faktorlarını vaxtında qiymətləndirmək;
6. Normal yuxu rejiminə əməl etmək;
7. İnsan xəstələnməmişdən əvvəl onun riskini müəyyənləşdirmək.

İllərdir vurğuladığım bir prinsip xüsusilə əhəmiyyətlidir, profilaktika "hamıya eyni dərman" demək deyil. Əvvəlcə insanı və onun fərdi riskini qiymətləndirmək, risk faktorlarını həyat tərzinin dəyişdirilməsi yolu ilə aradan qaldırmağa çalışmaq, nəticə əldə olunmadıqda isə tibbi müdaxiləyə keçmək lazımdır. Bir maraqlı fakt da budur ki, Azərbaycanda 2010-2023-cü illər arasında ürək-damar xəstəliklərindən ölüm səviyyəsinin rəsmi statistikada 37,6 bənd azaldığı göstərilir. Yəni vəziyyət yalnız "getdikcə pisləşir" formasında deyil".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 122   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir

İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV

30.09.2026 276
.

Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ

Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin

20.09.2026 231
.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs

26.09.2026 215
.

Dayanmadan öskürürsünüz?

Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v

27.09.2026 230
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21.09.2026 398
.

Bir çox xəstəliyinizin dərmanıdır

Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı

26.09.2026 244
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

16:00 95
.

Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı

Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə

27.09.2026 237
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 440
.