Tarixdə ilk: süni intellekt işə götürdü - 100 dollar aldı
2026-cı il fevralın 4-də tarixdə ilk dəfə süni intellektin real dünyada fiziki işi yerinə yetirmək üçün insanı müstəqil şəkildə işə götürdüyü və ona pul ödədiyi rəsmi olaraq sənədləşdirilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "X" sosial şəbəkəsində Form_young ləqəbi ilə tanınan istifadəçi RentAHuman.ai adlı yeni platforma vasitəsilə süni intellekt agentdən 100 dollar aldığını sübutlarla paylaşıb.
Məlumata görə, süni intellekt Form_younqa bir saat ərzində ictimai məkanda "AN AI PAID ME TO HOLD THIS SIGN" ("Bu plakatı tutmaq üçün mənə AI pul ödəyib") yazılmış lövhəni göstərməyi tapşırıb. Tapşırığın icrasından sonra süni intellekt agent ödənişi avtomatik şəkildə həyata keçirib.
Bu hadisə süni intellektin yalnız tapşırıq yaradan alət deyil, eyni zamanda müstəqil qərar verən və insan əməyini maliyyələşdirən subyektə çevrildiyini göstərən ilk açıq nümunə kimi qiymətləndirilir.
Yeni istifadəyə verilmiş RentAHuman.ai platforması qısa müddətdə böyük maraq doğurub. Xidmətin əsas ideyası ondan ibarətdir ki, AI agentlər insanları çağıraraq real dünyada fiziki tapşırıqlar icra etdirə bilir.
Platforma nümayəndələrinin açıqlamasına görə, ilk sutka ərzində sayt yarım milyondan çox ziyarətçi toplayıb və 24 mindən artıq insan icarə üçün qeydiyyatdan keçib. Standart ödənişlər saatda 50-150 dollar arasında dəyişir, bəzi istifadəçilər isə saatlıq 500 dollar tələb etdiklərini göstəriblər. Ödənişlər əsasən dollarla sabitlənmiş kriptovalyutalar vasitəsilə aparılır.
Mütəxəssislər bildirirlər ki, bu model əmək bazarında köklü dəyişikliklərin başlanğıcı ola bilər. Əgər əvvəllər insanlar digər insanları platformalar vasitəsilə işə cəlb edirdisə, indi süni intellekt bunu öz düşüncə və planlama prosesinin bir hissəsi kimi həyata keçirir.
Analitiklərin fikrincə, 2026-cı il fevralın 4-ü süni intellektin ilk dəfə rəsmi şəkildə işəgötürən rolunda çıxış etdiyi tarix kimi yadda qala bilər. Bu isə texnologiyanın inkişafı ilə yanaşı, etik və hüquqi müzakirələri də yeni mərhələyə daşıyır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 09 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 194 G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 206 Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
04.10.2026 213 Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı
Füzuli rayonunda ata doğma qızına təcavüz edib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanay
10:26 127 Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 54 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 190 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
04.10.2026 190 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 98 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 180