Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub.
Milli.Az xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,3 milyon yeni xərçəng hadisəsi deməkdir.
Məlumata görə, bu halların demək olar ki, hamısının yaranmasında beş əsas patogenin rolu olub.
Ən çox xərçəng hadisəsi "Helicobacter pylori" adlı mədə bakteriyası ilə əlaqələndirilib. Bakteriya 2024-cü ildə qeydə alınan bütün xərçənglərin 4 faizində, yəni 760 min hadisədə rol oynayıb.
Dünya əhalisinin təxminən yarısında rast gəlinən "H.pylori" əksər insanlarda heç bir əlamət yaratmır. Lakin infeksiyanın bəzi növləri mədə xorası və mədə xərçənginə səbəb ola bilər.
İkinci əsas amil isə insan papilloma virusu (HPV) olub. Virus 2024-cü ildə qeydə alınan yeni xərçəng hallarının 4 faizi, yəni 750 min hadisə ilə əlaqələndirilib.
Araşdırmada hepatit B virusunun (HBV) yeni xərçəng hallarının 2 faizi, Epstein-Barr virusunun (EBV) 1 faizi, hepatit C virusunun (HCV) isə 1 faizdən azı ilə əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu infeksiyaların vaxtında aşkarlanması, müalicəsi və qarşısının alınması dünyada xərçəng hallarının sayının əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.
Araşdırmanın baş müəllifi Harriet Rumgay bildirib ki, yenilənmiş məlumatlar xərçəngin qarşısının alınması strategiyalarında infeksiyalara nəzarətin əhəmiyyətini göstərir.
Mütəxəssislərin sözlərinə görə, bir sıra xərçəng törədən infeksiyalara qarşı vaksinlər, diaqnostik vasitələr və müalicə üsulları artıq mövcuddur.
İnfeksiyalarla əlaqəli xərçənglərin təxminən dörddə üçü aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.
2024-cü ildə bu növ xərçənglərin 42 faizi Şərqi Asiyada aşkarlanıb. Bölgədə əsas əlaqəli infeksiyalar "H. pylori" və HBV olub.
Tədqiqatçılar xüsusilə HPV və HBV-yə qarşı peyvəndləmənin genişləndirilməsinin xərçəng hallarının azalmasına təsir göstərə biləcəyini bildiriblər.
Bununla yanaşı, "H. pylori" və EBV ilə bağlı effektiv profilaktik vasitələrin hazırlanmasında hələ də ciddi boşluqların olduğu qeyd edilib. EBV-yə qarşı peyvəndlərin hazırlanması üzrə isə bir sıra klinik sınaqlar davam edir.
Müəlliflər xərçəngin yaratdığı iqtisadi və sosial yük nəzərə alınmaqla, infeksiyaların qarşısının alınmasına yönəlmiş tədbirlərə investisiyaların artırılmasının vacib olduğunu vurğulayıblar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 230 İnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22.09.2026 328 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29.09.2026 341 Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?
Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf
29.09.2026 372 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 279 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?
Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə
24.09.2026 418 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 362 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28.09.2026 407 Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13.09.2026 443