3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəsi oldu".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib. O qeyd edib ki, bu tarixi yalnız bir prezident seçkisinin nəticəsi kimi qiymətləndirmək doğru olmaz:

"3 oktyabr, eyni zamanda, Azərbaycan xalqının son dərəcə mürəkkəb və ağır bir tarixi mərhələdə öz gələcəyi ilə bağlı verdiyi taleyüklü qərarın ifadəsi idi. Xalqımız həmin dövrdə ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək, dövlətçiliyi qoruya biləcək və Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edə biləcək siyasi liderə ehtiyac duyurdu. Bu lider isə böyük dövlətçilik təcrübəsinə, siyasi iradəyə və zəngin idarəçilik məktəbinə malik Heydər Əliyev idi.
Məsələyə həmin dövrün reallıqları fonunda baxmaq lazımdır. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycan çox ağır proseslərin içərisindən keçirdi".

Deputat əlavə edib ki, Sovet İttifaqının dağılması ilə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm xarici təcavüz, həm daxili siyasi böhran, həm də ciddi iqtisadi çətinliklərlə üz-üzə qalmışdı:

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı. 20 Yanvar faciəsi, Xocalı faciəsi kimi ağır hadisələr xalqımızın yaddaşında silinməz izlər buraxmışdı. Bununla yanaşı, ölkə daxilində siyasi sabitliyin olmaması, hakimiyyət böhranı və silahlı qarşıdurma təhlükəsi dövlətçiliyimizi ciddi sınaq qarşısında qoymuşdu. 1993-cü ilin əvvəllərində vəziyyət artıq elə bir həddə çatmışdı ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması belə ciddi sual altında idi. Ölkənin parçalanması, vətəndaş qarşıdurmasının daha da dərinləşməsi təhlükəsi real idi. Məhz belə bir vaxtda Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevin siyasi rəhbərliyində gördü. Əslində, xalqın Ulu Öndərə müraciəti təsadüfi deyildi. Heydər Əliyev artıq uzun illər ərzində böyük dövlətçilik və idarəçilik təcrübəsi toplamış, həm Azərbaycanda, həm də keçmiş Sovet İttifaqının rəhbərliyində mühüm vəzifələrdə çalışmışdı".

Azər Badamovun sözlərinə görə, Heydər Əliyev dövlət idarəçiliyinin nə olduğunu, mürəkkəb siyasi prosesləri necə idarə etməyi və ölkənin maraqlarını necə qorumağı yaxşı bilirdi:

"1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələ başladı. Ardınca o, iyunun 24-dən prezident səlahiyyətlərini həyata keçirməyə başladı və 3 oktyabrda xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixdən sonra qarşıda duran ən mühüm vəzifə dövlətçiliyin qorunması və ölkədə sabitliyin təmin edilməsi idi. Çünki iqtisadi inkişafdan, böyük layihələrdən və uzunmüddətli strategiyalardan danışmaq üçün ilk növbədə dövlətin özünün möhkəmləndirilməsi lazım idi. Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlət idarəçiliyinin sistemli şəkildə qurulmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və ölkədə sabitliyin bərqərar olunmasına diqqət yetirdi. Pərakəndə silahlı dəstələrin vahid dövlət və komandanlıq sisteminə tabe etdirilməsi, qanunsuz silahlı birləşmələrin aradan qaldırılması və dövlətin təhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı".

Deputat vurğulayıb ki, həmin proseslərin nəticəsində Azərbaycanda tədricən siyasi sabitlik formalaşmağa başladı:

"1994-cü ildə atəşkəsin əldə olunması da ölkənin gələcək inkişafı üçün mühüm imkanlar yaratdı. Artıq dövlətin qarşısında yalnız mövcud böhrandan çıxmaq deyil, həm də müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmək və həyata keçirmək vəzifəsi dayanırdı.
Ulu Öndər çox yaxşı anlayırdı ki, siyasi müstəqilliyin möhkəmləndirilməsi üçün iqtisadi müstəqillik də vacibdir. Bu baxımdan 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu saziş Azərbaycanın zəngin enerji resurslarının ölkənin milli maraqları çərçivəsində iqtisadi dövriyyəyə cəlb olunmasına, xarici investisiyaların ölkəyə gəlməsinə və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə mühüm imkanlar yaratdı.
Bununla paralel olaraq ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanıldı. Bazar iqtisadiyyatına keçidin təmin edilməsi, özəlləşdirmə prosesinin həyata keçirilməsi, aqrar islahatların aparılması və torpaqların kəndlilərin xüsusi mülkiyyətinə verilməsi ölkə iqtisadiyyatında yeni münasibətlərin formalaşmasına gətirib çıxardı. Bu islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində sahibkarlıq fəaliyyətinin inkişafı üçün yeni imkanlar yarandı.
Digər mühüm məsələ isə hüquqi dövlət quruculuğu idi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu prosesində fundamental hadisəyə çevrildi. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanın dövlət quruluşunun əsas prinsipləri, insan və vətəndaş hüquq və azadlıqları, hakimiyyət bölgüsü və dövlət idarəçiliyinin hüquqi əsasları müəyyənləşdirildi. Bütün bu addımların hər birinin arxasında vahid məqsəd dayanırdı: müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək, onu daxili və xarici təhlükələrdən qorumaq və gələcək inkişaf üçün etibarlı təməl yaratmaq".

Müsahibimiz onu da əlavə edib ki, Ulu Öndərin fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması idi:

"O dövrdə Azərbaycan bir tərəfdən ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır, digər tərəfdən isə dünya dövlətləri ilə siyasi, iqtisadi və diplomatik əlaqələrini genişləndirirdi. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsi və ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi istiqamətində mühüm işlər görülürdü. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Ulu Öndərin dövlətçilik siyasətinin əsas xüsusiyyətlərindən biri ondan ibarət idi ki, o, yalnız həmin günün problemlərini həll etməklə kifayətlənmirdi. O, Azərbaycanın gələcəyini düşünürdü. Dövlət idarəçiliyində, iqtisadiyyatda, diplomatiyada, təhlükəsizlik və ordu quruculuğunda atılan addımların böyük hissəsi məhz uzunmüddətli perspektivə hesablanmışdı. Bu baxımdan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illəri müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm mərhələ hesab etmək olar. Həmin illərdə ölkənin qarşısında duran əsas vəzifələrin icrası üçün möhkəm siyasi, hüquqi, iqtisadi və institusional təməllər yaradıldı. Bu gün biz həmin təməllərin nəticələrini daha aydın görə bilirik".

Azər Badamovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji siyasi kursu davam etdirərək öz iqtisadi və hərbi potensialını daha da gücləndirdi:

"Azərbaycanın beynəlxalq nüfuzu artdı, böyük enerji və infrastruktur layihələri həyata keçirildi, ordu quruculuğuna xüsusi diqqət yetirildi. Ən əsası isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsinin işğaldan azad edilməsi və 2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə xalqımız çoxəsrlik tariximizin ən mühüm Zəfərlərindən birini qazandı. Bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması müstəqil Azərbaycanın qarşısında yeni imkanlar açır. Təbii ki, bu nailiyyətlər müxtəlif dövrlərdə həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Ona görə də 3 oktyabr tarixinə yalnız keçmişin bir hadisəsi kimi baxmaq olmaz. Bu tarix Azərbaycan xalqının dövlətçilik iradəsinin, müstəqilliyə bağlılığının və düzgün siyasi seçim etmək bacarığının ifadəsidir".

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, o, Azərbaycanın müstəqilliyinin sadəcə formal xarakter daşımaması, real və güclü dövlətçiliyə çevrilməsi üçün möhkəm əsaslar yaratdı:

"O, dövlət idarəçiliyinin bütün sahələrində ardıcıl siyasət formalaşdırdı və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu gün bizim üzərimizə düşən əsas vəzifələrdən biri həmin dövlətçilik irsini qorumaq, Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, ölkəmizin inkişafına öz töhfəmizi verməkdir. İnanıram ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına əsaslanaraq qarşıya qoyulan yeni hədəflərə nail olacaq. Çünki bu gün müstəqil, güclü və suveren Azərbaycan məhz Ulu Öndərin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri üzərində inkişaf edir.
3 oktyabr həm də bizə bir həqiqəti xatırladır: dövlətçiliyin qorunması yalnız bir şəxsin və ya bir siyasi institutun deyil, bütün xalqın məsuliyyətidir. Azərbaycan xalqı 1993-cü ildə bu məsuliyyəti öz üzərinə götürdü və Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi. Bu gün də həmin tarixi qərarın nəticələrini müstəqil, suveren və sürətlə inkişaf edən Azərbaycanımızın timsalında görürük".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 504   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.