Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram.
Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də agah olun ki, bu müəllim nə istəyir. Sosial şəbəkələrdə hüquqşünaslar qrupuna yazılıb:
"Salam, mən müəllim işləyirəm, mənə bir məsləhət lazımdır. Dərs zamanı dərsi keçirdim, arxada bir şagirdə 15 dəfə xəbərdarlıq etdim sakit qalsın deyə, amma bərkdən danışırdı.
Gəldim, yaxınlaşdım, dedim niyə dərsi pozursan? Dedi, vurun məni, məni vura bilməzsən, yaxşı edirəm. Ani əsəblə bir şillə vurdum buna.
Polisə şikayət edib, mən nə edə bilərəm?
Bezmişəm artıq, bu peşədən adamı iyrəndirirlər hər şeydən".
İlk dəfə deyil ki, sinifdə müəllim danışır, şagird də cavab qaytarır. Şiddət bütün hallarda yol verilməzdir və müəllim təmkinini qorumalı idi. Amma Ali təhsil alıb, gələcək nəsli aydınlatmağa çalışan müəllimi də bu qədər səbirlə sınamazlar. Bu nə vəziyyətdir? Anlamaq olmur.
Əvvəlcə, şagird müəllimlə hörmətsiz danışır. Sonra məsələ böyüyür. Valideyn məktəbə gəlir. Məktəb rəhbərliyi işə qarışır. Bir az da keçir, insidentin sonu polisdə bitir.
Mən bəzən düşünürəm, biz müəllimin hörmətini harada itirdik? Bəlkə müəllimə qarşı tərbiyəsizlik edən, dərsi pozan, məktəbin qaydasını saymayan uşaqlar üçün ayrıca məktəblərin sayını artıraq? "Çətin tərbiyə olunanlar" üçün. Bəlkə onda valideyn də bir az narahat olar. Axı indi valideynin məktəbə münasibəti də qəribədir. Uşağının müəllimə necə davrandığından çox, müəllimin uşağına necə qiymət verməsi maraqlandırır bəzilərini. Dilə-dişə düşməkdən qorxan valideyn övladı "Çətin tərbiyə olunanlar" məktəbinə getməsin deyə evdə ona müəllimlə doğru davranış qaydalarını öyrədər. Ən azı "qonşular nə deyər" rəqabəti bu işdə bizim köməyimizə gələr.
Heç ürəyimdən olmasa da onu deyim ki, "Müəllimin hörmətini" yalnız şagirddən tələb etməklə geri qaytarmaq olmur. Məsələn, müəllim valideynlərin olduğu "WhatsApp" qrupunda pul yığırsa, sabah həmin valideynin uşağı müəllimə necə baxsın? Fikirləşir ki, anam pul yığmışdı, müəllim də götürmüşdü. Sonra biz uşağa necə deyək ki, müəllim müqəddəsdir?
Deməli belə, bir məsələ qayda kimi qəbul edilməlidir - Şagird müəllimə hörmət etməlidir, valideyn müəllimə hörmət etməlidir, müəllim də öz peşəsinə hörmət etməlidir. Çünki müəllimin hörməti təkcə jurnal, qiymət və diplomla gəlmir. Müəllimin hörməti sinifdə qurulur. Davranışla. Ədalətlə. Sözlə. Və ən çox da nümunə ilə. Müəllimin hörmətini qaytarmaq üçün bu qaydalara əməl etmək kifayətdir. Amma çox xahiş edirəm qaydaları pozanların cəzasını məktəb direktorları verməsin...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 473 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
16:30 141 ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak
15:40 158 Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
17:17 129 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
18:30 46 Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
00:38 338 Dava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
18:00 102 "Vahid məktəbli forması bərabər başlanğıcın təməli olmalıdır"
Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. Geyi
13:03 186 Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 159 "İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind
11:22 183