Pensiyalar 9,3 faiz artırılır

Pensiyalar 9,3 faiz artırılırPrezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, ilin əvvəlindən tətbiq edilən bu artım üçün illik əlavə 640 milyon manat ayrılıb.

Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.

Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

05.07.2026 242
.

37° isti, intensiv yağış, dolu... - Sabahın havası

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:10 146
.

Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib

2026-cı ilin yanvar-aprelində pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Axşam.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakənd

10:42 154
.

Şagirdlər ev tapşırığını artıq ChatGPT-yə həvalə edir: Təhsil üçün təhlükə, yoxsa fürsət? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sahəsində də yeni müzakirələrə səbəb olub. Artıq bir çox şagird ev tapşırıqlarını hazırlayarkən süni intellekt əsaslı çatbotlardan, o cümlədən ChatGPT kimi alətlərdən istifadə edir. Bu isə həm müəllimlər, həm də valideynlər arasında müxtəlif sualla

12:09 158
.

Nikol Paşinyan Rusiyaya səfər edəcək - Mişustinlə görüş planlaşdırılır

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti rəsmi saytında məlumat yayıb. Bildirilib ki, Paşinyan Yekaterinburqda keçiriləcək XVI "İnnoprom" Beynəlxal

11:38 149
.

Yerevan Aİ və Aİİ ilə bağlı mövqeyini açıqladı

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, ölkə məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə rüsumsuz ixracı Yerevanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə ziddiyyət təşkil etmir. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kostanyan qeyd edi

11:24 147
.

Qarpız və yemiş alarkən bunlara diqqət edin - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Yay mövsümünün ən çox istehlak edilən meyvələri arasında qarpız və yemiş xüsusi yer tutur. İsti havalarda sərinlədici və qidalandırıcı xüsusiyyətlərinə görə bu məhsullara tələbat əhəmiyyətli dərəcədə artır. Lakin qarpız və yemiş seçərkən yalnız görünüşə və ya qiymətə diqqət yetirmək kifayət deyil. Məhsulu

12:25 163
.

"Hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV

"Son günlər beynəlxalq mətbuatda NATO-nun Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığı, hətta bəzi hərbi analitik mərkəzlər tərəfindən belə bir müharibənin ilk gününün maliyyə xərclərinin hesablandığı barədə məlumatlar geniş müzakirə olunur. Bu cür xəbərlər cəmiyyətdə "NATO ilə Rusiy

11:01 143
.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

05.07.2026 239
.

TOP MP3