"Temu" və "Trendyol"la bağlı Azərbaycanda dəyişiklik - Bahalaşa bilər
Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onlayn satışla məşğul olanlar Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Həmçinin bu qanun onlayn ticarət şirkətlərinə də şamil olunur.
Bəs, "Trendyol", "Temu" kimi ticarət şirkətləri vergi verərlərsə, bu, qiymətlərin bahalaşmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, elektron ticarət sahəsində tətbiq olunacaq yeni mexanizm dövriyyə həddi keçildikdən sonra xarici onlayn platformaların və ya şəxslərin Azərbaycanda elektron vergi uçotuna alınmasını nəzərdə tutur.
Onun sözlərinə görə, mexanizmə əsasən, onlayn satış həyata keçirən platforma və ya şəxs dövriyyə həddini aşdıqdan sonra Azərbaycanda elektron qaydada vergi uçotuna düşür və göstərdiyi xidmət və ya satış üzrə vergi öhdəliyi yaranır:
"Xarici şirkətlər üçün bu, adətən yerli nümayəndəlik açmadan "qeyri-rezident vergi ödəyicisi" kimi qeydiyyata alınmaq deməkdir. Onlar elektron sistem üzərindən dövriyyəni bəyan edir və qanunvericilikdə nəzərdə tutulan vergini, əsasən isə ƏDV-ni dövlət büdcəsinə köçürürlər".
A. Nəsirli qeyd edib ki, texniki baxımdan verginin ödənilməsi çətin proses deyil, lakin bu mexanizmin iqtisadi nəticələri olacaq:
"Praktikada çox vaxt şirkətlər vergi yükünü öz üzərlərinə götürmür, onu məhsulun və ya xidmətin qiymətinə əlavə edirlər. Bu baxımdan vergi tətbiq edildikdən sonra qiymətlərdə müəyyən artım ehtimalı yüksəkdir".
İqtisadçı nəzərə çatdırıb ki, bu artım xüsusilə "Temu", "Trendyol" kimi beynəlxalq onlayn platformalarda ya məhsulun qiymətində, ya da çatdırılma xərclərində özünü göstərə bilər.
Həmsöhbətimiz vurğulayıb ki, prosesin əsas məqsədi bazarda ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır:
"Yerli onlayn satıcılar vergi ödədiyi halda, xarici platformaların vergidən kənarda qalması bərabərsiz və ədalətsiz rəqabət yaradırdı. Yeni qaydalarla dövlət həm dövriyyəni nəzarətə götürmək, həm də bütün iştirakçılar üçün eyni vergi şərtləri yaratmaq istəyir".
İqtisadçı əlavə edib ki, mümkün qiymət artımının miqyası şirkətlərin vergi yükünü necə bölüşdürməsindən asılı olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1728 Tarix: 09 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 215 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 98 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 190 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 249 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 180 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 194 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 231 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 191 Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
10:31 90