Ermənistan məhsulları yaxın vaxtlarda bazarda: alıcılar güvənə bilərmi?

Ermənistan məhsulları yaxın vaxtlarda bazarda: alıcılar güvənə bilərmi?Uzun fasilədən sonra Ermənistan istehsalı olan məhsulların yaxın vaxtlarda Azərbaycan bazarında satışa çıxarıla biləcəyi ehtimal olunur. Bu yenilik istehlakçılar üçün ilk növbədə etimad məsələsini ön plana çıxarır. Alıcılar bu məhsulların keyfiyyətinə, təhlükəsizlik standartlarına və istehsal prosesinə nə dərəcədə güvənilə biləcəyini sual edir. Məhsulların mənşəyindən daha çox, onların ölkəyə daxil olarkən hansı yoxlama və sertifikatlaşdırma mərhələlərindən keçəcəyi, dövlət nəzarətinin necə həyata keçiriləcəyi istehlakçı etimadının formalaşmasında əsas amillər kimi qiymətləndirilir.
Ermənistan məhsulları yaxın vaxtlarda bazarda: alıcılar güvənə bilərmi?Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, Ermənistanla münaqişə dövründə də Ermənistan malları azda olsa Azərbaycan bazarına daxil olurdu. Yəni ərzaq malları, o cümlədən konyaklar, içkilər və s. satılırdı. Azərbaycanda mənim özüm ərikdən şübhələndim, ərik yeşiyinin altına baxdım gördüm erməni qəzetləri var Azərbaycanda satılan əriklərdə. Tiblisinin ikinci vağzalı deyilən bir yer var, orda bir bazar mövcuddur. Öz gözümlə görmüşəm, hər gün orda azərbaycanlılar, gürcülər, ermənilər görüşürdülər və mal, pul, tütün mübadiləsi edirdilər. O bazardan Azərbaycana mal daşıyan xüsusi insan qrupları var idi. Yəni xüsusi o mənada deyirəm ki, onlara sanki qatarlarda xüsusi bir status verilmişdi. Əsasən qadınlardan ibarət olan bu insanlar hər yerdə düşüb gəzirdilər. Əksər hallarda onlar heç biletdə almırdılar. Lakin Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bu hal tamamilə azaldı. Eləcədə qatar əlaqələri kəsiləndən sonra bu hal tamamilə yox oldu. Birmənalı şəkildə mən Azərbaycan mallarının Ermənistanda satılmasının hələ o vaxtdan tam tərəfdarı olmuşam. Lakin Ermənistan mallarının Azərbaycanda satılmasının tam əleyhinəyəm. Mən istəmirəm ki, Azərbaycanın bir manatıda Ermənistana getsin. Onun sözlərinə görə, lakin azad bazar iqtisadiyyatı şəraitində, yəni münasibətlərin qaydaya düşdüyü şəraitdə şübhəsiz ki, Ermənistanda istehsal olunan malların Azərbaycana gətirilməsi baş tutacaqdır: "Düşünürəm ki, insanlar buna çox şübhə ilə yanaşacaqlar və bu biznes çox uğurlu olmayacaq. Bəlkə 15-20 ildən sonra bu məsələ istehlakçılar tərəfindən dəstək qazana bilər. İnsanlar buna həssaslıqla yanaşacaqlar və almaq meyilləri olmayacaq. Ona görədə Qida Təhlükəsizliyi Agentliyinin üzərinə böyük vəzifə düşür.

Əgər Azərbaycan höküməti doğurdanda Ermənistan mallarının Azərbaycanda satılmasının tam tərəfdarıdırsa, ticarət mübadiləsini gücləndirmək istəyirsə, onda Qida Təhülkəsizliyi Agentliyi KİV-lə cəmiyyətlə elə bir iş aparmalıdır ki, əhalinin bu məsələyə inamı olsun. Qeyd edim ki, zəhərlənmə hallarında həttda insanlar Ermənistan malı istehlak etməsələr belə, yəni zəhərlənmə halı başqa maldan baş versə belə əksər hallarda insanlar düşünəcək ki, bu Ermənistandan gələn mallarla baş verir. Ona görədə Ermənistan mallarının ölkəyə gətirilməsi üçün böyük şəffaflıq hökm sürməlidir və burda da qeyd etdiyim ki, Qida Təhlükəsizlik Agentliyinin böyük rolu var".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1258   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyvədə qurd olması pestisidlərin çoxluğundan xəbər verir?

"Mövsümi meyvələrdə, xüsusilə gilas, gilasın bəzi növləri, gilenar və ərikdə qurd aşkarlanması insanların narahatlığına səbəb olur. Ancaq bu hal hər zaman məhsulun təhlükəli və ya kimyəvi maddələrlə çirklənmiş olması demək deyil. Əksinə, əksər hallarda bu, meyvə milçəklərinin və ya digər həşəratları

12:21 143
.

Yerevan Aİ və Aİİ ilə bağlı mövqeyini açıqladı

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, ölkə məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə rüsumsuz ixracı Yerevanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə ziddiyyət təşkil etmir. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kostanyan qeyd edi

11:24 147
.

Ermənistanda seçki qərarı gərginliyi artırdı - müxalifətdən yeni addım

Ermənistan Konstitusiya Məhkəməsinin iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrini qüvvədə saxlamasından sonra ölkə müxalifəti siyasi mübarizənin yeni mərhələsinə keçdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, bəyanat Samvel Karapetyanın rəhbərli

11:35 150
.

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras

05.07.2026 236
.

Almaniya NATO ölkələri arasında Ukraynaya yeni yardım paketinə ən böyük töhfəni verəcək

Almaniya Ukraynaya növbəti hərbi yardım paketinə NATO-ya üzv dövlətlər arasında ən böyük töhfəni verəcək. "Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. "Ukrayna üçün indi pulları həm Aİ kreditləri xətti ilə, həm də yeni dəstək fondundan əldə etmə

05.07.2026 306
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

05.07.2026 242
.

Şagirdlər ev tapşırığını artıq ChatGPT-yə həvalə edir: Təhsil üçün təhlükə, yoxsa fürsət? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sahəsində də yeni müzakirələrə səbəb olub. Artıq bir çox şagird ev tapşırıqlarını hazırlayarkən süni intellekt əsaslı çatbotlardan, o cümlədən ChatGPT kimi alətlərdən istifadə edir. Bu isə həm müəllimlər, həm də valideynlər arasında müxtəlif sualla

12:09 158
.

Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib

2026-cı ilin yanvar-aprelində pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Axşam.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakənd

10:42 154
.

Ermənistan Prezidentinin ofisində diqqətçəkən dəyişiklik - Ararat tablosu yoxa çıxdı

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın qəbul zalında asılı olan Ararat dağının təsviri götürülüb. xəbər verir ki, bu barədə Sputnik-in "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, əvvəllər prezidentin ofisində Ararat dağını əks etdirən iri ölçülü tablo asılmışdı. Xaçaturyanın son rəsm

11:19 148
.

TOP MP3