Bakı yeni diplomatik mərhələyə keçir: Papadan Trampa uzanan xətt

Bakı yeni diplomatik mərhələyə keçir: Papadan Trampa uzanan xətt"2026-cı ilin fevral ayı indidən Azərbaycan diplomatiyası və xarici siyasəti baxımından məhsuldar dövr kimi qiymətləndirilə bilər. Cəmi bir gün fərqlə baş tutan iki mühüm səfər Bakının çoxvektorlu və balanslaşdırılmış xarici siyasət xəttinin növbəti təsdiqidir.

Fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edərək Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşüb. Artıq fevralın 10-da isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana rəsmi səfər edib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirirb.

O, qeyd edib ki, zahirən fərqli istiqamətləri əhatə edən bu iki səfər Bakının strateji baxışında ortaq xəttin davamı kimi qiymətləndirilə bilər. Söhbət Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Trampın Azərbaycana mümkün səfəri üçün zəminin formalaşdırılmasından gedir:

"Roma Papasının Azərbaycana səfəri daha real və yaxın perspektiv kimi görünür. Azərbaycan-Vatikan münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu xətt sonrakı dövrdə də ardıcıl şəkildə davam etdirilib. Papa II İohann Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfəri bu münasibətlərin yüksək səviyyəsini göstərir.
Bakı yeni diplomatik mərhələyə keçir: Papadan Trampa uzanan xəttHazırda isə yeni mərhələ formalaşır. Prezident İlham Əliyevin 1 may 2024-cü il tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda II İohann Pavelə həsr olunmuş Katolik Kilsəsi tikilir. Bu fakt Roma Papası XIV Leonun Azərbaycana səfəri üçün real və məntiqi əsas yaradır. Papanın kilsənin açılış mərasimində iştirakı mümkün və ən rasional ssenari kimi görünür.

Bundan əlavə, Roma Papası XIV Leonun ABŞ-dan seçilən ilk Papa olması xüsusi geosiyasi kontekst yaradır. Onun seçilməsində ABŞ Prezidenti Donald Trampın dəstəyinin rolu barədə fikirlər də mövcuddur. Bu baxımdan Papaya mümkün səfər ABŞ rəhbərliyinin də Azərbaycana diqqətini artıran amilə çevrilə bilər.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri də məhz bu kontekstdə dəyərləndirilə bilər. Bu, həm ikitərəfli münasibətlərin inkişafı, həm də daha yüksək səviyyəli mümkün səfərlər öncəsi siyasi və diplomatik zəminin yoxlanılması kimi şərh oluna bilər.

Donald Trampın prezidentlik müddətində Azərbaycana səfər etməsi istisna deyil. Xüsusilə yekun sülh sazişinin imzalanmasından sonra Bakının regionda sabitliyin mərkəzi kimi təqdim olunması fonunda belə bir səfər real perspektiv kimi qiymətləndirilə bilər.

Beləliklə, fevral ayında baş tutan iki səfər təsadüfi deyil. Bu hadisələr Bakının beynəlxalq siyasi arxitekturada artan rolunun və strateji planlaşdırmasının göstəricisi kimi çıxış edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 194
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 237
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 778
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 244
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

04.10.2026 239
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 184
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 183
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 185
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 168
.