Dollara tələbat kəskin azalır - 2026-cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)

Dollara tələbat kəskin azalır - 2026-cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)2025-ci ildə valyuta bazarında dollara olan tələbatın zəiflədiyi müşahidə olunub və aylıq orta göstəricilərdə təklif tələbi üstələyib. Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da satış meyli üstünlük təşkil edib, nəticədə banklar xalis valyuta alışı həyata keçiriblər. Bazarda realizə olunmayan yüz milyonlarla dollar vəsaitin dövlət xəzinəsinə yönəldiyi bildirilir. Bu dinamika valyuta bazarında tarazlığın dəyişdiyini göstərir.

Dollara marağın azalması 2026-cı ildə manatın mövqeyini gücləndirə bilərmi?
Dollara tələbat kəskin azalır - 2026-cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2025-ci ildə dollara olan tələbatın azalması bir sıra iqtisadi və inzibati amillərlə müşayiət oluna bilər. Onun sözlərinə görə, bu proses ilk növbədə ölkəyə idxalın həcminin nisbətən zəifləməsi ilə əlaqələndirilə bilər. İdxalın azalması isə təbii olaraq xarici valyutaya, xüsusilə də dollara olan ehtiyacın aşağı düşməsinə gətirib çıxarır. Çünki idxal əməliyyatlarının əsas hissəsi xarici valyuta ilə həyata keçirilir və bu sahədəki geriləmə valyuta bazarındakı tələbə birbaşa təsir göstərir.

Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri Mərkəzi Bank tərəfindən ölkə xaricinə çıxarılan xarici valyuta əməliyyatlarına nəzarətin daha da gücləndirilməsidir: "Valyuta axınlarının daha ciddi şəkildə tənzimlənməsi bazarda təklif və tələbin balanslaşdırılmasına xidmət edir. Bu nəzarət mexanizmləri nəticəsində valyuta bazarında kəskin dalğalanmaların qarşısı alınır və ümumi sabitlik qorunur. Bütün bunlar iqtisadi aktivliyə də müəyyən dərəcədə təsirsiz ötüşmür. Hazırda xarici valyuta ilə kreditlərin verilməsinə və xaricdən gətirilən mallara tətbiq olunan nəzarət mexanizmləri daha sərt çərçivədə həyata keçirilir. Bu isə ölkədən valyuta çıxışını məhdudlaşdırmaqla yanaşı, bazarda dolların dövriyyəsinə də təsir göstərir".

E.Kərimli qeyd edib ki, əgər bazarda dolların təklifi tələbi üstələyərsə, bu, məzənnənin möhkəmlənməsinə şərait yaradır: "Belə vəziyyət milli valyutanın, manatın dayanıqlığının qorunmasına və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərir. Mövcud tendensiyalar davam edərsə, valyuta bazarında nisbi sabitliyin saxlanılması mümkün olacaq və bu da ümumi iqtisadi sabitliyə əlavə dəstək verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 194
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 237
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 778
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 244
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

04.10.2026 239
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 184
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 183
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 185
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 168
.