Ölümün açıq təqdimatı: Jurnalistika etikası sual altında - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son zamanlar bəzi xəbər portallarında baş verən ağır hadisələrlə bağlı materiallarda mərhum şəxslərin üzlərinin açıq şəkildə göstərilməsi, qanlı və travmatik görüntülərin yayımlanması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Xəbərin operativliyi və diqqət çəkməsi naminə yayımlanan bu cür kadrlar bir çox hallarda etik sərhədlərin harada başladığı və harada bitdiyi sualını gündəmə gətirir. Faciəvi hadisə barədə məlumat vermək jurnalistikanın əsas vəzifələrindən biridir. Lakin insanın ölüm anının və ya cansız bədəninin açıq şəkildə nümayiş etdirilməsi artıq təkcə informasiya deyil, həm də mənəvi məsuliyyət məsələsinə çevrilir.
Bu cür görüntülər mərhumun yaxınları üçün ağır psixoloji zərbə ola, eyni zamanda cəmiyyətdə zorakılığa qarşı həssaslığı azalda bilər. Məsələ təkcə reytinq və oxunma sayı deyil. Media qurumlarının peşə etikası, insan ləyaqətinə hörmət və ictimai maraq anlayışı bu kimi hallarda xüsusi həssaslıq tələb edir. Cəmiyyət isə haqlı olaraq sual edir: xəbər vermək naminə hər görüntü yayımlanmalıdırmı?
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, Mediada ölüm faktları ilə bağlı məlumatların verilməsi cəmiyyətin məlumatlandırılması baxımından vacibdir. Onun sözlərinə görə, lakin bu proses insan ləyaqəti və jurnalist etikası çərçivəsində aparılmalıdır:
"Ölən şəxsin hadisə yerindəki, açıq və qrafik vəziyyətdə olan fotosunun yayımlanması etik baxımdan doğru hesab edilmir. Belə görüntülər xəbərin informativ dəyərini artırmır, əksinə, mərhumun və onun ailə üzvlərinin hüquqlarını, mənəvi toxunulmazlığını poza bilər.
Peşəkar jurnalistika prinsiplərinə görə, ölüm faktını təsdiqləmək üçün meyitin açıq görüntüsünün paylaşılması zəruri deyil. Xəbər eyni dərəcədə məlumatlandırıcı şəkildə, vizual zorakılıq elementləri olmadan da təqdim edilə bilər.
Media qurumları bu kimi hallarda sensasiyaya yox, ictimai məsuliyyətə, oxucuların psixoloji durumuna və ailələrin hisslərinə hörmətə üstünlük verməlidir.
Bu səbəbdən qeyd olunan görüntülərin açıq şəkildə yayılması jurnalist etikası baxımından məqsədəuyğun deyil və redaksiyalar belə hallarda daha ehtiyatlı mövqe sərgiləməlidirlər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 778 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşG7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 194 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 237 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 778 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
04.10.2026 244 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
04.10.2026 239 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 184 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 183 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 185 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 168