Sinif otağında alçaldılma: Şagird hüquqları pozulurmu? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sinif otağında alçaldılma: Şagird hüquqları pozulurmu? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMəktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Lakin bəzi hallarda şagirdlərin müəllim tərəfindən sinif yoldaşlarının qarşısında alçaldılması, təhqiramiz ifadələrə məruz qalması və ya psixoloji təzyiq görməsi ilə bağlı iddialar gündəmə gəlir. Bu cür davranışlar təkcə bir anlıq inciklik yaratmır, uşağın özünə inamına, psixoloji vəziyyətinə və gələcək inkişafına ciddi təsir göstərə bilər. Təhsil mühitində nizam-intizamın qorunması vacib olsa da, bunun alçaldıcı və ya aqressiv üsullarla həyata keçirilməsi qəbulolunan hesab edilmir.

Şagirdin səhvini düzəltmək ilə onun şəxsiyyətini zədələmək arasında incə, lakin mühüm fərq var. Xüsusilə yeniyetmə yaş dövründə ictimai şəkildə alçaldılma uşaqlarda qorxu, utanc və məktəbə qarşı mənfi münasibət formalaşdıra bilər. Bu məsələ cəmiyyət qarşısında mühüm sual yaradır: pedaqoji yanaşma hansı sərhədlər çərçivəsində olmalıdır və şagirdlərin hüquqları necə qorunmalıdır? Təhsil sistemində sağlam psixoloji mühitin yaradılması həm müəllimlərin, həm valideynlərin, həm də müvafiq qurumların diqqət mərkəzində olmalıdır.
Sinif otağında alçaldılma: Şagird hüquqları pozulurmu? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, valideynlərin şikayətinin heç bir əsası yoxdur. Çoxillik təcrübəm deyir ki, bu söz-söhbət bekarçılıqdan qaynaqlanır. Onun sözlərinə görə, bəzi valideynlərin belə söhbətlər, statuslar yazması tam bir maniya halına gəlib: "Sanki bununla gündəmi öz əllərində saxlamaq istəyirlər. Araşdırılanda məlum olur ki, onların uşaqları heç məktəbli deyil. yaxud heç vaxt məktəbdə hər hansı təzyiqə məruz qalmayıblar. Bu məsələnin birinci tərəfidir. ikinci tərəfinə gəldikdə müəllim bu gün özünü zorla müdafiə edir. Onu artıq elə vəziyyətə salıblar ki, nəinki uşağı cəzalandılrmaq, heç söz demək səlahiyyəti yoxdur. Hər hansı müəllim dözməyib bu qadağanı pozduğu halda isə ciddi şəkildə cəzalandırılır. Həftənin sonu gələndə müəllimlər həftəni sağ-salamat başa vurduqlarına, şantaja məruz qalmadıqlarına görə Allaha şükr edirlər. Bax, əsil mənzərə belədir. Buna görə də məktəblərdə bullinq hallarının sayı sürətlə artmaqda davam edir.

Çünki şagirdlər tam bir cəzasızlıq mühitinə düşüblər və kim nə istəyir, onu da eləyir. Qaldı "İdark" liseyində baş verən hadisəyə, orada müəllim tərəfindən şagirdə qarşı hər hansı təzyiq istisnadır. Müəllimi xarakterizə edən hər kəs onun savadlı, işgüzar və tələbkar olmasından danışır. Ola bilər, müəllimin tələbkarlığı oluib. Bu da şagirdin, xüsusən o yaşda birinin xoşuna gəlməyə bilər. lakin müəyyən açıqlamalardan belə məlum olur ki, uşaq tamamilə başqa təsirlər altında olub. Ən əsası bu gün bizim peyğımbərlik eləməyimiz də etik cəhətdən doğru deyil. Çünki arada bir uşaq və gənc bir müəllim var. Hər ikisi haqqında danışanda ehtiyatlı olmalı, hər deyilənə sözə inanmamalıyıq. Ən yaxşısı istintaqın nəticəsini gözləməkdir. onda konkret fikir bildimək mümkün olacaqdır. Son olaraq qeyd edim ki, bu gün ən çox müdafiəyə ehtiyacı olan bir zümrə varsa, o da müəllimdir!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 194
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 237
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 778
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 244
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

04.10.2026 239
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 184
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 183
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 185
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 168
.