"Sinif otağına kamera yox, etimad lazımdır"-EKSPERTDƏN AÇIQLAMA
"Məktəb, hər şeydən əvvəl, qarşılıqlı etimad və mənəvi bağlılıq üzərində qurulan müqəddəs bir ocaq olmalıdır. "İdrak" liseyində baş verən qanlı hadisədən sonra sinif otaqlarına nəzarət kameralarının quraşdırılması təklifi isə, əslində, təhsil mühitində bu etimadın sarsıldığının rəsmi etirafıdır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, əgər biz müəllimi qorumaq üçün sinfə kamera yerləşdiririksə, deməli artıq təlim-tərbiyə prosesinin ruhunu deyil, yalnız fiziki təhlükəsizliyi xilas etməyə çalışırıq. Kamera müəyyən neqativ halların qarşısını qismən ala və ya hadisədən sonra sübut bazası rolunu oynaya bilər. Lakin bu, problemin köklü həlli deyil - sadəcə simptomatik yanaşmadır:
"Şagirdin sinfə silah gətirməsi və müəllimə atəş açması kameranın yoxluğundan deyil, onun daxilindəki boşluqdan, ailə-məktəb-cəmiyyət üçbucağında yaranmış qopmadan xəbər verir. Hər an izlənildiyini bilən şagird və müəllim üçün sinif otağı səmimi ünsiyyət məkanı ola bilməz. Kamera aqressiyanı aradan qaldırmır - onu ya gizlədir, ya da məktəbdən kənara daşıyır.
Məktəbləri həbsxana tipli nəzarət mexanizmləri ilə doldurmaqdansa, şagirdlərin mənəvi dünyasına nüfuz edə bilən peşəkar psixoloji xidmət sistemi qurulmalıdır. Müəllimin ən böyük "kamerası" onun nüfuzu və şagirdin ona olan hörmətidir.
Elm və Təhsil Nazirliyinin müxtəlif kosmetik layihələrə ayırdığı vəsait ilk növbədə bu cür böhranların qarşısının alınmasına, məktəblərdə sağlam psixoloji mühitin formalaşdırılmasına və müəllimin ictimai nüfuzunun yüksəldilməsinə yönəldilməlidir. Kamera quraşdırmaq ən asan yoldur. Çətin olan isə uşağın qəlbinə gedən yolu tapmaq, o yola silahın deyil, kitabın işığını salmaqdır.
Əgər biz bu gün sinif otaqlarını daimi nəzarət obyektinə çeviririksə, sabah azad düşüncəli şəxsiyyətlər deyil, nəzarətə öyrəşmiş mexaniki fərdlər yetişdirəcəyik. Təhsil ocağı qorxu ilə deyil, sevgi və biliklə idarə olunmalıdır.
Unutmayaq: harada qorxu varsa, orada nifrət də var".
NURAY NƏZƏROVA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslər daha tez pensiyaya çıxa biləcək
"Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları haqqında" qanunla təsbit olunub". Qaynarinf
11:02 126 Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
05.07.2026 236 Yəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
05.07.2026 239 KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
05.07.2026 252 Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl
05.07.2026 198 Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
05.07.2026 190 FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib
Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy
05.07.2026 178 Kitab qiymətləri niyə bahadır? Çıxış yolu nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kitab oxumağın cəmiyyətin intellektual inkişafında mühüm rol oynadığı tez-tez vurğulansa da, Azərbaycanda kitabların qiyməti bu vərdişin geniş yayılmasına mane olan əsas amillərdən biri kimi göstərilir. Xüsusilə gənclər, tələbələr və mütaliəyə maraq göstərən insanlar istədikləri kitabları almaq üçü
11:55 88 Məşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərl
05.07.2026 308