Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)
Qaradağ rayonu, Qızıldaş şəhər tipli qəsəbədə yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçası təşkil olunub.
Yurd.Media-ya baxçanın fəaliyyəti barədə məlumat verən valideynlərdən biri qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçada hazırda 30-a yaxın uşaq saxlanılır. Uşaqlara yemək evdən hazır qoyulur. Mədəniyyət mərkəzində çarpayılar mövcud olmadığından yatmaq istəyən azyaşlılar üçün döşəmədə yer salınır.
Məlumata görə, ötən il həmin ünvanda fəaliyyət daha geniş olub - bağça saat 09:00-dan 17:00-dək işləyib, uşaqlara nahar verilib və onlar gün ərzində orada saxlanılıblar. Lakin vətəndaş şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş saatı azaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.
İddialara görə, hazırda mərkəzin bədii rəhbəri Gülnar Abbasova direktor səlahiyyətlərini icra etdiyi dövrdə bu fəaliyyət həyata keçirilir.
Mədəniyyət Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində hazırda "İlkin tibbi yardım" və "Rəqs" kursları fəaliyyət göstərir.
"Bundan əlavə, "Eliza School" tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf" kursu da təşkil olunub. Kursun məqsədi uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək, onların özünü tanıma, müstəqil qərarvermə, özünüidarəetmə və sosial bacarıqlarını inkişaf etdirməkdir. Tədris prosesində nitq inkişafı üzrə məşğələlər, Montessori proqramı və məntiqi oyunlar tətbiq olunur", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Qızıldaş qəsəbəsində dövlət uşaq bağçasının olmaması valideynləri çıxılmaz vəziyyətdə qoyur. Məhz bu səbəbdən sakinlər alternativ olmadığı üçün övladlarını sözügedən mərkəzə verməyə məcbur qalırlar.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşG7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 194 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 237 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 778 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
04.10.2026 244 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
04.10.2026 239 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 184 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 183 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 185 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 168