Əmanətin sığortalanması: Qazanc və təhlükəsizlik arasında seçim - İQTİSADÇIDAN AÇIQLAMA
Son illər bank sektorunda əmanətlərin sığortalanması mexanizmi daha da aktuallaşıb. Buna baxmayaraq, bəzi vətəndaşlar əlavə ödəniş etməmək və ya daha yüksək faiz əldə etmək məqsədilə əmanətlərini sığortasız şəkildə yerləşdirməyə üstünlük verirlər. İlk baxışda bu seçim daha sərfəli görünsə də, mümkün risklər çox zaman kifayət qədər nəzərə alınmır. Əmanətin sığortalanması bankın fəaliyyəti ilə bağlı yarana biləcək gözlənilməz hallarda vətəndaşın vəsaitinin qorunmasına xidmət edir.
Lakin müəyyən şərtlər və faiz fərqləri səbəbindən bəzi müştərilər qısamüddətli qazancı uzunmüddətli təhlükəsizlikdən üstün tuturlar. Bu yanaşma isə maliyyə savadlılığı və risk anlayışı mövzusunu yenidən gündəmə gətirir. Maliyyə qərarı verərkən yalnız gəlir amilinə deyil, eyni zamanda vəsaitin təhlükəsizliyinə də diqqət yetirilməlidir. Əks halda, gözlənilməz bir maliyyə problemi vətəndaş üçün ciddi itkilərlə nəticələnə bilər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, bankalara qoyulan əmanətlərin sığortalanması icbaridir. Onun sözlərinə görə, 100 min manata qədər və 12% depozitə qədər əmanət qoyanların əmanəti avtomatik olaraq sığortalanır: "Sığorta üçün əlavə pul ödənilmir. Sadəcə olaraq sığortaya düşməyən məbləğlər var. Məsələn 100 min manatdan yuxarı əmanətlər sığortalanmır. Bundan başqa bəzi banklar var ki, onlar daha yüksək faizlə əmanət qəbul edirlər və bu əmanətlərdə qanunla sığortaya düşmür. Burda vətəndaşlar diqqətli olmalıdırlar.
Yəni bu qaydalardan kənarda depozit yerləşdirsələr və sığortaları olmasa, bankların başına bir iş gələndə onlar hansısa bir kompensasiya ala bilməyəcəklər. Bəzi insanlar banka 100 min manatdan daha çox əmanət qoymağa çalışırlar ki, daha çox vəsait götürsünlər. Onlar sığortalanmır. Ona görədə bu məsələdə qanunvericiliyin tələbləri kifayət qədər yaxşıdır əslində. Yəni 100 min manata qədər depozitlər sığortalanır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 943 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşG7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 194 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 237 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 778 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
04.10.2026 244 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
04.10.2026 239 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 184 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 183 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 185 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 168