Vitrində başqa, kassada başqa: Alıcıların cibindən 500 milyon manat çıxır

Vitrində başqa, kassada başqa: Alıcıların cibindən 500 milyon manat çıxırBəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluqla qarşılaşırlar. Belə hallar alıcı narazılığına səbəb olur və mövcud qaydalara zidd sayılır. Mövcud normalara əsasən, məhsul alıcıya üzərində və ya vitrində qeyd edilən qiymətlə satılmalıdır. Qiymət fərqi yarandıqda istehlakçı mağaza rəhbərliyinə müraciət edə və hüquqlarının qorunması üçün aidiyyəti qurumlara şikayət vermək imkanına malikdir.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə istehlakçılar illərdir vitrində bir qiymət, kassada isə fərqli qiymətlərlə qarşılaşırlar.

Onun sözlərinə görə, istehlakçı hüquqlarının pozulması süni qiymət artımı deməkdir.

"Bu məsələ ilə bağlı hər gün istehlakçılardan zənglər daxil olur. Hökumət biznes qurumları üçün əlverişli şərait yaradıb. Təəssüf ki, bəzi biznes subyektləri dövlətin apardığı bu siyasətdən sui-istifadə edərək istehlakçı hüquqlarını pozan çoxsaylı hallara yol verirlər. İstehlakçı fərqli qiymətlə bağlı irad bildirdikdə, bunun texniki səhv olduğu bildirilir. Bu hallara cavabdeh olan dövlət qurumları istehlakçılarla daha sıx işləməlidir".

E. Hüseynov qeyd edib ki, bəzən istehlakçıların almadıqları məhsullar da çekə əlavə olunur.

"Bir şikayətdə istehlakçı 85 qəpiyə badımcan aldığı halda, çekdə ona 26 manatlıq məhsulun qiymətinin yazıldığı qeyd edilib. İstehlakçı çeki yoxlamasaydı, bu uyğunsuzluqdan xəbər tutmayacaqdı. Belə halların əsasən kartla ödəniş zamanı baş verdiyi vurğulanır. Ümumilikdə ölkəmizdə istehlakçılar il ərzində kassada düzgün vurulmayan və ya alınmayan mallara görə təxminən 500 milyon manat əlavə vəsait ödəyirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 185
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 203
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 249
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

04.10.2026 256
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 244
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

04.10.2026 194
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

04.10.2026 200
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

04.10.2026 175
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 169
.