"Dedi ki, mənə heç nə edə bilməzsiniz!" - "Azerina" Əfsanə Qasımlı müştərini şantaj edib? - Şok səs yazısı

"Dedi ki, mənə heç nə edə bilməzsiniz!" - "Azerina" Əfsanə Qasımlı müştərini şantaj edib? - Şok səs yazısıBir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn "Azerina" ləqəbli, özünü həyat təlimçisi və psixoloq kimi təqdim edən Əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilib. Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bu dəfə isə Əfsanə Qasımlı "Beauty Time" gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib. Hadisənin fonunda həm Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə vətəndaşlar "Azerina" ləqəbli Əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər külli miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər. Şikayətçilərdən biri bildirib ki, iki-üç il əvvəl sosial şəbəkələrdə "Azerina" adlı xanım özünü aktiv şəkildə reklam etməyə başlayıb: "Deyirdi ki, pulqabıları satıram və onları əldə etsəniz, içi pulla dolu olacaq. Qiymət 250 manat idi. Niyə bu qədər bahalı olduğunu soruşanda isə cavab verirdi ki, bu mənim çəkdiyim əziyyətə görədir. Bildirirdi ki, guya biz işləmədən, heç bir əmək sərf etmədən pul qazanacağıq. Lakin həmin pulqabı boş qaldı. "Azerina" mesajlarımıza cavab vermədi". Əfsanə Qasımlı isə sözügedən iddiaları qəbul etmədiyini deyib: "Pulqabını alırsan, içi dolur" deməmişik. Elə olsaydı, hamı milyarder olardı. Hazırda Könül Həmzəyeva tərəfindən qurulan bir oyunun içindəyəm. Əgər pasiyentin şikayəti varsa, niyə gəlib birbaşa mənə demir?!". Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qeyd olunub ki, sözügedən faktlarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2421   Tarix: 14 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

04.10.2026 157
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 158
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.