Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdiMüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Bununla bağlı BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.

General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.

Müdafiə naziri bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.

Kollegiya iclasının sədri Z.Həsənov 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizliyi Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Azərbaycan Ordusunda 2025-ci il ərzində həyata keçirilmiş xidməti-döyüş fəaliyyəti ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar qətiyyətlə davam etdirilib.

Kollegiya iclasında çıxış edənlər ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.

Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Məruzə olunub ki, 2025-ci il ərzində mühəndis-istehkam bölmələri və dövlət qurumları tərəfindən 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.

Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə xüsusi önəm verildiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz edildiyi vurğulanıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq və odun ehtiyatlarının normalara uyğun yaradılması, hərbi qulluqçuların isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat sahəsində qarşıya qoyulan məqsədlərə ötən il ərzində nail olunduğu diqqətə çatdırılıb.

Daha sonra hərbi təhsil sistemində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. Hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi məqsədilə hərbi qulluqçular üçün bir sıra yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin olunması məqsədilə yeni ixtisasların açıldığı bildirilib.

İclasda Azərbaycan Ordusunun nümayəndələrinin ölkə xaricində və daxilində bir sıra akademik və strateji kurslarda iştirak etməsinin peşəkar kadr hazırlığına müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Şəxsi heyətin komplektləşdirilməsi sahəsində də ötən il ərzində bir sıra yeniliklərin tətbiq edildiyi, eləcə də ştatların optimallaşdırılması məqsədilə Azərbaycan Ordusunda müvafiq struktur dəyişikliklərinin aparıldığı qeyd olunub.

Kollegiya iclası zamanı vəzifəli şəxslərin 2025-ci ilin yekunları və gələcək planlarla bağlı fikir və təklifləri dinlənilib.

Yekun çıxışında general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti və ötən il ərzində əldə etdiyi nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın, eləcə də birgə təlimlərin regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.

Ayıq-sayıqlığın təmin olunması məqsədilə döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi respirator virus infeksiyalarından qorunma tədbirlərinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.

Müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını aidiyyəti vəzifəli şəxslərə tapşırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

Kollegiya iclasının sonunda müdafiə naziri 14 fevral Hərbi Hava Qüvvələri günü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğruldacağına əminliyini ifadə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 556   Tarix: 14 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

04.10.2026 157
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 158
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.