"Sevgililər Günü" qızıl-zinət bazarına necə təsir edib? - AÇIQLAMA
Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələbat şəraitinin formalaşmasına bir sıra əsas amillər təsir göstərir.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, ilk növbədə, qlobal əmtəə bazarında qızılın qiymət dinamikası daxili bazara birbaşa ötürülür.
"Qızıl beynəlxalq maliyyə bazarlarında risklərə həssas aktiv kimi qiymətləndirildiyindən, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, aparıcı valyutaların məzənnəsindəki dəyişikliklər, faiz dərəcələri və investor gözləntiləri qiymətlərdə dalğalanmalar yaradır. Sözügedən dalğalanmalar yerli bazarda xammalın dəyərinə, nəticə etibarilə isə zinət məmulatlarının maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir edir. Bununla yanaşı, daxili bazarda valyuta məzənnəsi, idxal və təchizat zəncirinin şərtləri qiymətlərin formalaşması və nisbi sabitliyinin təmin olunmasında mühüm rol oynayır".
R. Əmircanov qeyd edib ki, mövcud müşahidələr göstərir ki, bazarda tələbat yüksək səviyyədə deyil və alıcı davranışı əsasən qiymət həssaslığı fonunda formalaşır.
"Alıcılar ağır çəkili və daha yüksək büdcə tələb edən modellərdən çox, gündəlik istifadə üçün münasib, daha əlçatan məmulatlara üstünlük verirlər. Xüsusilə 585 və 750 əyarlı məhsullar, klassik dizaynda üzük, sırğa, bilərzik və boyunbağı kimi məmulatlar daha çox seçilir. Eyni zamanda, hədiyyə məqsədli alışlarda qiymətli və yarımqiymətli daşlı məmulatlara maraq da müşahidə olunur. Seçim meyarlarında yalnız qram çəkisi deyil, dizayn və vizual təqdimat da prioritet təşkil edir; nəticədə alıcılar daha yüngül çəkili, lakin estetik görünüşü və vizual həcmi ilə seçilən modellərə üstünlük verirlər".
İqtisadçı vurğulayıb ki, "Sevgililər Günü" ilə bağlı olaraq bazarda son günlər nəzərəçarpan canlanma müşahidə olunur.
"Ölkəmizdə bu gün rəsmi qeyd edilməsə də, istehlak davranışına təsir edən tarixlər sırasında yer aldığı üçün hədiyyə məqsədli alışların artması təbii hesab olunur. Bununla belə, mövcud artım kütləvi xarakter daşımır və əsasən orta və kiçik büdcəli seçimlər hesabına formalaşır. Nəticə etibarilə, bu kimi xüsusi tarixlər qızıl-zinət bazarında satış dinamikasına qısamüddətli impuls verə bilər. Lakin bu təsir, əsasən, hədiyyə yönümlü alışlarla məhdudlaşır və bazarın ümumi qiymət və tələbat mənzərəsini köklü şəkildə dəyişən amil kimi dəyərləndirilmir. Ümumilikdə isə bazarda vəziyyətin müəyyənləşməsində qlobal qızıl qiymətləri, valyuta məzənnəsi, təchizat zəncirinin şərtləri və alıcıların qiymətə həssaslığı həlledici faktorlar olaraq qalır", - deyə o qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
05.07.2026 207 ABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
05.07.2026 176 Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
05.07.2026 280 Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
05.07.2026 185 "Arzum"un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…
Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səbəbilə həbs cəzası alan "tiktoker" İlduzə Hacıyevanın (Arzum) qəza günü ilə bağlı indiyədək gizli qalan görüntüləri üzə çıxıb. xəbər verir ki, yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı v
05.07.2026 453 Donald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar
05.07.2026 180 Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib. "Report"un məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə "X" sosial şəbəkəsində bidirib. Onun sözərinə görə, Frans
05.07.2026 174 İldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
05.07.2026 278 Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
05.07.2026 184