TƏBİB-in sədr əvəzi kimdir?
Məlum olduğu kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.
"Qafqazinfo" yeni sədr əvəzinin dosyesini təqdim edir:
Anar İsrafilov Azərbaycan Tibb Universitetində "Pediatriya" ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Daha sonra Azərbaycan Tibb Universitetində "Nefrologiya" ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib.
A.İsrafilov bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
O, 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 218 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması: qanun nə deyir?
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) dedikdə, əmlakın cinayət yolu ilə əldə edildiyini bilə-bilə onun həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə həmin əmlakın konversiyası və ya köçürülməsi
14:44 172 Ermənistanda kilsə-hakimiyyət gərginliyi: Katolikos istintaqa cəlb olundu
Bütün Ermənilərin Katolikosu II Qaregin barəsində cinayət işi açılıb. O, vəzifəsindən azad edilmiş keçmiş yepiskop Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan "Facebook" hesabında məluma
11:22 185 Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat
Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib. -ın məlumatına görə, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub. Məlumat üçün bildirək ki
13:14 301 Onlayn ödəniş edərkən bunları etməsəniz risk altındasınız
"Kartın fiziki təhlükəsizliyi olaraq, PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya digər yerdə yazmayın. Onu yalnız özünüz bilməlisiniz və heç kimə açıqlamaq olmaz! Kartın arxa tərəfindəki CVV kodunu, bitmə tarixini və PİN kodunu heç kimə verməyin. Bu məlumatları yalnız etibarlı v
15:19 221 İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə "mer" təyin etdi (FOTO)
Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və baş memarı vəzifədən azad edib. İqtisadiyyat.az-ın ələd etdiyi məlumata görə, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhə
12:24 269 Bakıda duman var
Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəy
10:17 176 Vüqar Qurbanov vəzifəsindən azad edildi
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. -a daxil olan məlumata görə, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məluma
13:55 279 "Ermənistan alətə çevrilir" - Moskvanın sərt bəyanatı
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib ki, Qərb Rusiya ilə qarşıdurmada Ermənistanı geosiyasi mübarizə aləti kimi istifadə edir. xarici mediaya istinadən xəbər verir ki, diplomat Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarına da münasibət bildirib
11:32 204 İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi. Prezident Aleksandar Vuçiçin bəyanatı.
15.02.2026 356