"Yuxa" restoranı bağlandı - Video
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb.
BiG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən restoranda yoxlama keçirilib.
Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- obyektin bəzi daxili divarları yanar materiallarla üzlənilib;
- mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 630 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995