Televiziyalar sosial şəbəkələrə uduzur? Aparıcıların YouTube seçimi müzakirə yaradır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər televiziya məkanında diqqət çəkən bir qərar müzakirələrə səbəb olub. Tanınmış aparıcılar - Həmid Hərisçi və İlhamiyyə Rza televiziya karyeralarına son qoyaraq fəaliyyətlərini bundan sonra YouTube platformasında davam etdirəcəklərini açıqlayıblar. Bu qərar təkcə iki aparıcının şəxsi seçimi kimi deyil, həm də media mühitində gedən daha böyük dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir. Son illərdə sosial şəbəkələrin sürətlə güclənməsi, izləyicilərin informasiya və əyləncə məzmununu daha çox rəqəmsal platformalardan əldə etməsi ənənəvi televiziyanın gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Tamaşaçı auditoriyasının diqqəti getdikcə mobil ekranlara yönəldiyi bir dövrdə əsas sual yaranır: televiziya doğrudanmı sosial mediaya uduzur, yoxsa sadəcə yeni media reallığına uyğunlaşmaq mərhələsindən keçir? Məhz bu fonunda tanınmış simaların televiziyadan ayrılıb YouTube-u seçməsi media balansının hansı istiqamətdə dəyişdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Azvision saytının rəhbəri, media eksperti Vüsal Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, televiziya sosial şəbəkəyə uduzub deyəndə nəzərə almaq lazımdır ki, televiziyanın rəqibi sosial şəbəkə deyil. Sosial şəbəkə platformadır. Efir məkanı platforma olaraq, məsələn peyk yayımı sosial şəbəkəyə uduzub demək daha məntiqli səslənir. Onun sözlərinə görə, televiziya kontent istehsalçısıdır. Yəni televiziyanın rəqibi hansısa başqa bir alternativ kontent istehsalçısı ola bilər: "Məsələn, televiziyanın rəqibi sosial şəbəkədə video paylaşan Həsənqulu və ya Fatmanisədir. Yəni bu rəqabətdə televiziya uduzmur. Televiziyada öz materialını eyni platformada paylaşsa, yəqinki hər material yox, keyfiyyətli və aktual materialdırsa televiziya uduzmayacaq. Sadəcə olaraq, efir yayımı sosial şəbəkədə paylaşıma uduzur. Bununda obyektiv səbəbləri var. Çünki həyatın özünün ritmi dəyişib, artıq ailədə evdə bir ekran yoxdur ki, hər kəs onun başına yığışsın.
Yəni hər kəsin öz fərqli ekranı var və heç kim həttda ənənəvi medianın çox böyük həvəskarı olan mən belə oturub televiziyanın qarşısında sevdiyim verilişin nə zaman efirə gedəcəyini gözləmirəm. Əvvəllər axşam saat 21:30-da mənim sevdiyim veriliş başlayırdısa, mən işlərimi elə planlaşdırırdım ki, axşam saat 21:30-da evdə olum. İndi isə buna ehtiyac yoxdur, mən həmin verilişə "YouTube" və başqa online platformalarda baxa bilirəm. Yəni televiziya sosial şəbəkə ilə rəqabət aparmır. Televiziya özüdə sosial şəbəkədə var. Online platformalar efir yayımına qalib gəliblər, amma televiziyaya yox. Televiziyanın rəqibi alternativ kontent istehsalçıları ola bilər. Burda da hər şey artıq istehsal olunan məzmundan və onun keyfiyyətindən asılıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 995 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 148 Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
04.10.2026 157 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
04.10.2026 338 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 164 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
04.10.2026 153 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 184 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164