Kredit borcunu ödəyə bilməyənlər nə etməlidir?
"Son dövrlərdə bank kreditlərini ödəməkdə çətinlik çəkən vətəndaşların sayının artması "kreditin dondurulması" məsələsini yenidən gündəmə gətirib. Qeyd edilməlidir ki, "kreditin dondurulması" anlayışı qanunvericilikdə ayrıca hüquqi mexanizm kimi nəzərdə tutulmayıb. Praktikada bu proses daha çox kreditin restrukturizasiyası və ya ödəniş möhlətinin verilməsi formasında həyata keçirilir. Azərbaycanda da bu təcrübə tətbiq olunur".
Bunu BiG.AZ-a açıqlamasında bank eksperti Asif İbrahimov bildirib.
O, qeyd edib ki, borcalan gəlirinin azalması, iş yerini itirməsi, sağlamlıq problemləri və ya digər sosial-iqtisadi çətinliklərlə üzləşdiyi halda kredit öhdəliyinin müvəqqəti yüngülləşdirilməsi üçün banka rəsmi qaydada müraciət edə bilər. Bu zaman bank kredit müqaviləsinin şərtlərini və borcalanın maliyyə vəziyyətini nəzərə alaraq əsas borcun ödənişini müəyyən müddətə təxirə sala, aylıq ödənişi azalda və ya kreditin müddətini uzada bilər:
"Vacib məqam ondan ibarətdir ki, kreditin "dondurulması" avtomatik hüquq deyil. Qərar hər bir bank tərəfindən fərdi qaydada, risklərin idarə olunması prinsipləri əsasında qəbul edilir. Banklar borcalanın real maliyyə durumunu qiymətləndirərək uyğun mexanizmi seçir.
Mütəxəssislər borcalanlara maliyyə çətinliyi yarandığı andan etibarən ödənişləri gecikdirmək əvəzinə dərhal banka müraciət etməyi tövsiyə edirlər. Vaxtında edilən müraciət həm kredit tarixçəsinin qorunmasına, həm də daha əlverişli restrukturizasiya şərtlərinin əldə olunmasına imkan yaradır.
Ümumilikdə, kreditlərin restrukturizasiyası mexanizmi həm vətəndaşların maliyyə yükünün azaldılması, həm də bank sektorunda problemli kreditlərin artmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Problemli kreditlərin sayının artması isə maliyyə savadlılığı, gəlir-planlaşdırma və kredit siyasətində müəyyən boşluqların mövcudluğuna işarə edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
04.10.2026 155 Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
04.10.2026 246 Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
04.10.2026 157 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 136 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
04.10.2026 152 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
04.10.2026 269 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BİG.AZ -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgə
04.10.2026 290 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 185