İranın "səbirli" diplomatı ABŞ-la nüvə danışıqlarına hazırlaşır

İranın "səbirli" diplomatı ABŞ-la nüvə danışıqlarına hazırlaşırABŞ və İranın regional müharibədən yayınmaq istəyəcəyi halda, tərəflər Cenevrədə keçiriləcək danışıqlarda qarşılıqlı güzəştlərə getməli və bir-birindən kəskin fərqlənən danışıqlar üslublarına uyğunlaşmalı olacaqlar.

BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi təxminən 15 ilə yaxın müddətdə nüvə danışıqlarında iştirak etmiş təcrübəli diplomatlardandır. O, danışıqlar sənəti barədə kitab da yazıb və bu əsərdə İran diplomatiyasının əsas xüsusiyyətlərini - taktiki manevrləri, səbrli yanaşmanı və emosiyaları gizlətmə bacarığını izah edib.

Əraqçi İranın Beynəlxalq Münasibətlər fakültəsində bakalavr təhsili alıb, İslam Azad Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi qazanıb, daha sonra isə Böyük Britaniyanın Kent Universitetində siyasi düşüncə üzrə doktorantura təhsili alıb.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff isə hüquq təhsili aldıqdan sonra daşınmaz əmlak biznesində böyük sərvət qazanıb. Əraqçi İran siyasi sistemində konsensus fiquru hesab olunduğu halda, onun mövqeyi ölkə rəhbərliyi, o cümlədən ali lider Əli Xamenei ilə aparılan uzun məsləhətləşmələr nəticəsində formalaşır. Uitkoff isə əsasən bir nəfərin müəyyən etdiyi dəyişkən siyasi tapşırıqlar əsasında fəaliyyət göstərir.

Tramp diplomatiyanı daha çox sərt siyasi mübarizə kimi görürsə, İran Xarici İşlər Nazirliyi onu şahmat oyununa bənzədir və demək olar ki, bir sənət növü hesab edir.

Əraqçinin "Danışıqların gücü" adlı kitabında qeyd olunur ki, danışıqların əsas prinsipi təkrar və isrardır: mövqeləri davamlı şəkildə müdafiə etmək və eyni tələbləri müxtəlif arqumentlərlə yenidən səsləndirmək vacib sayılır.

Tacir ailəsində doğulan diplomat hesab edir ki, İranın danışıqlar üslubu ölkənin bazar mədəniyyətindən qaynaqlanır. Onun fikrincə, İran diplomatiyası "bazar üslubu" kimi tanınır - uzun, yorucu və davamlı sövdələşmə prosesi. Bu prosesdə tez yorulan tərəf uduzur.

Əraqçi yazır ki, danışıqlarda real güc yalnız masa arxasındakı arqumentlərdən deyil, ölkə daxilindəki birlikdən və hərbi gücdən asılıdır. Güc balansı mövcud deyilsə, danışıqlardan imtina etmək daha məqsədəuyğun sayılır. İran ötən ilin iyununda nüvə obyektlərinə edilən hücumlardan sonra məhz belə addım atmışdı.

Diplomatın fikrincə, peşəkar danışıqlar aparan şəxsin üz ifadəsi oxunmaz olmalıdır və emosiyalar gizlədilməlidir. Qarşı tərəfə "şərəfli çıxış yolu" təqdim etmək isə diplomatiyanın vacib elementidir. O, bunu "Qızıl körpü" adlandırır.

Əgər Tramp 2015-ci il nüvə sazişinə bənzər razılaşmanı qəbul etsə, Əraqçinin bunu qələbə kimi təqdim etməyəcəyi ehtimal olunur. Onun sözlərinə görə, diplomatiya qalib gəlmək oyunu deyil, qarşı tərəfi anlama prosesidir.

İki dəfə evlənmiş və beş övladı olan Əraqçi İran-İraq müharibəsinin veteranıdır və İnqilab Keşikçiləri Korpusu ilə yaxın münasibətlər saxlayır. Analitiklər hesab edir ki, o, əvvəlki xarici işlər naziri Cavad Zəriflə müqayisədə daha ehtiyatlı və texnokrat yanaşma nümayiş etdirir.

Ekspertlərin fikrincə, ABŞ İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və ya aradan qaldırılması ilə bağlı konkret tələblər irəli sürə bilər. Lakin Tehran belə geri dönməz addımlar üçün Vaşinqtondan da paralel addımlar - məsələn, dondurulmuş İran aktivlərinin azad edilməsini gözləyəcək.

Kompromis ehtimalı mövcud olsa da, bunun üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) yenidən İran obyektlərinə giriş əldə etməsi vacib sayılır.

Analitiklər bildirir ki, Tramp dövrünün siyasi reallığında bütün razılaşmaların rəsmi sənəd formasında olması gözlənilmir. İran və ABŞ arasında qeyri-rəsmi anlaşmalar, hətta qarşılıqlı hücum etməmək razılaşması kimi variantlar da mümkündür.

Bununla yanaşı, İran daxilində hər hansı nəticədən asılı olmayaraq Əraqçini daxili tənqidlərin gözlədiyi qeyd olunur. Diplomatın sözlərinə görə, belə danışıqlarda iştirak edənlər sonda tez-tez narazılıqların hədəfinə çevrilirlər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

04.10.2026 155
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

04.10.2026 157
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

04.10.2026 153
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.