Şəhidlərimizi təhqir edən ərəblərin cəzası azaldıldı

Şəhidlərimizi təhqir edən ərəblərin cəzası azaldıldıBakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Təqsirləndirilən şəxslərin vəkillərindən Rüfət Bədirli deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıranlara qarşı - Qaydalar sərtləşdirilir

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərli

16.03.2026 379
.

Ötən il Azərbaycanda bir uşağa Ronaldo adı verildi

Ötən il Azərbaycanda doğulan bir körpəyə tanınmış futbolçunun adı verilib. Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, 2025-ci ildə 1 uşağa Ronaldo adı verilib. Əvvəlki illərdə də bir neçə körpəyə məşhur futbolçuların - Zidan, Messi, Neymar və digərlərinin adı qoyulub. Qeyd edək ki

16.03.2026 271
.

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib

16.03.2026 337
.

İran Hörmüz boğazının yalnız ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlı olduğunu bildirib

İranın baş diplomatı bildirib ki, əsas Hörmüz boğazı yalnız ABŞ, İsrail və onların müttəfiqlərinin gəmiləri üçün bağlıdır. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Xarici İşlər Naziri Abbas Əraqçi boğaz haqqında deyib: "Bizim baxışımızdan bu, açıqdır. Boğaz yalnız düşmənlərimiz, ölkəmiz

16.03.2026 341
.

ABŞ-İsrail-İran müharibəsi 17-ci gün - ƏN SON MƏLUMATLAR

ABŞ və İsrailin İrana qarşı müharibəsi bazar ertəsi 17-ci gününə daxil olarkən İsrail Tehrana yeni hücum dalğası həyata keçirib. xarici mənbələrə istinadən ABŞ-İsrail-İran müharibəsi barədə son məlumatları diqqətinizə çatdırır. * Belə ki, Körfəz regionunda gərginlik davam edir. Dubay beynəlxalq hav

16.03.2026 322
.

İyirmi yeddinci günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:23-ə, iftar isə 19:04-ə təyin olunub. İyirmi yeddinci günün imsak duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənb

16.03.2026 288
.

Fransalı nazir: "Aİ Ukraynada müharibə cinayətləri iddiası ilə doqquz nəfərə sanksiya tətbiq edəcək"

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa Birliyi Ukraynadakı Buça qırğını ilə əlaqəli müharibə cinayətlərində ittiham olunan doqquz nəfərə sanksiyalar tətbiq edəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Barrot bu açıqlamanı Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərini

16.03.2026 226
.

Hörmüz boğazının bağlanması Azərbaycanda ərzaq inflyasiyasını artıracaq

"Hörmüz boğazının bağlanması Azərbaycana birbaşa mənfi təsir göstərəcək və ölkədə ərzaq inflyasiyasının artmasına səbəb olacaq. Boğazın bağlanması idxal qiymətlərini yüksəldəcək, xüsusilə kənd təsərrüfatı məhsullarında bahalaşma gözlənilir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimo

16.03.2026 510
.

Ən dadlı və ən faydalı kolbasanı necə seçmək olar?

Kolbasa uzun illərdir süfrələrdə ən populyar qida məhsullarından biridir. Lakin bir çox insanlar hesab edir ki, kolbasa məhsulları, xüsusilə uşaqlar üçün, faydalı ola bilməz. xarici mediaya istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspertlər kolbasa çeşidlərinin çoxluğu arasında həm xoş dada

16.03.2026 286
.

TOP MP3