Ramazan süfrəsi: nə yeməli, nədən uzaq durmalı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Ramazan süfrəsi: nə yeməli, nədən uzaq durmalı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMARamazan ayı təkcə mənəvi saflaşma dövrü deyil, eyni zamanda orqanizmin qidalanma rejiminin tam dəyişdiyi xüsusi bir mərhələdir. Gün ərzində uzun saatlar ac və susuz qalmaq insan bədəninə ciddi təsir göstərdiyi üçün iftar və imsak zamanı qəbul edilən qidaların seçimi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Düzgün qidalanma qaydalarına əməl edilmədikdə halsızlıq, həzm problemləri, təzyiq dəyişiklikləri və artıq çəki kimi problemlər yarana bilər. Bəs orqanizmi yormadan, enerjini qoruyaraq və sağlamlığı riskə atmadan Ramazan ayında necə qidalanmaq lazımdır?
Ramazan süfrəsi: nə yeməli, nədən uzaq durmalı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova BiG.AZ-a açıqlamasında bildirdi ki, birinci növbədə oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda insanlar xüsusi ilədə son dövrlərdə Ramazan ayında oruc tutmağı ümumiyyətlə öz gerçək mənasından uzaqlaşdırıb, kilo vermək və yaxudda uzun müddət ac qalmaq kimi bir anlayışlarla qarışdırır. Nəzərə almaq lazımdır ki, Ramazan ayı insanın öz nəfsinə nəzarət etməsi üçün, özünü Allaha yaxın hiss etməsi, niyyətlərinin təmizlənməsi, ibadəti üçün sayılan əməllərdəndir. Ona görə Ramazan ayında mütləq şəkildə bu amillərə daha ciddi diqqət yetirərək, oruc tutmaq lazımdır. Onun sözlərinə görə, oruc tutmaq eyni zamanda da nəfsin tərbiyəsidir ki, insanlar tamahını qorumaq üçün, aza qane olmaq üçün, eyni zamanda da şükür etməyi bacarması üçün, nəfsini təmizləmək üçün oruc tuturlar ki, buda insanlarda mənəvi zənginliyi artırır: "Xroniki xəstəlikləri olan, davamlı hər hansı dərman vasitələri ilə müalicə almağa məcbur olan, hamilə və süd verən qadınlar oruc tutmaqdan azaddırlar. Bundan başqa səfərdə olan insanlar, yetkinlik yaşına çatmayan uşaqlarda oruc tutmaqdan azad ola bilərlər. Diqqət edəcəyimiz əsas məqamlar sahur və iftar vaxtı balanslı və doğru qidaları seçməkdir. Xüsusi ilədə sahurda qidalanan zaman yaxşı olarki gün ərzində isanları daha çox tox tuta biləcək qidalardan istifadə etsinlər. Sahur vaxtı heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından pendir xüsusi ilə az duzlu və yaxudda duzlu pendirdən istifadə olunması tövsiyyə olunur.

Yaxşı olar ki, tam buğda unundan hazırlanmış çörək, yulaf və digər paxlalılardan olan qidalardan istifadə etsələr, bu onların gün ərzində daha doyumlu tutacaq. Çünki həmin qidalar yavaş həzm olunur və uzun müddət mədədə toxluq hissi yaradır. Yaxşı olar ki, bir ovuc çərəzlərdən də qidalanma zamanı istifadə etsinlər. Eyni zamanda sahurda çayla yanaşı su içməyədə diqqət etsinlər ki, bəzən doğru miqdarda maye qəbul etmədikdə gün ərzində baş ağrısından və orqanizmin maye çatışmazlığından, yorğunluqdan, enerji çatışmazlığından şikayət etməsinlər. Yaxşı olar ki, maye təlabatı dedikdə şirin və qazlı içkilərə yol verilməsin ki, bu ən önəmli məsələlərdən biridir.

İftar zamanı isə yaxşı olar ki, birinci növbədə iftarlarını su ilə açdıqdan sonra bir müddət ara verib, daha sonra isə meyvə şirəsi və yaxudda tez həzm olunan şorbalardan istifadə edə bilərlər ki, buda onlarda uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Eyni zamanda da qida zamanı daha tez həzm olunan və qızardılmış qidalardan uzaq durmaq lazımdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.