Qurban Qurbanov: Futbolçularımız özlərini ələ ala bilmədilər
"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:
"Əfsuslar olsun bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım ilk qollardan sonra böyük "zərbə" aldılar. Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər. Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi. Dediyim kimi, bu cür uduzmaq istəməzdik".
O, fasilədə komandanı sakitləşdirməyə çalışdığını söyləyib:
"Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olur olsun oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi".
Q.Qurbanov oyunun ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qlaan Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib:
"Bəhlul matç zamanı əzələsini dartdı. Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığını sabah biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 581 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray" Rusiya yığmasının oyunçusunu alır
Türkiyənin "Qalatasaray" klubu Rusiya yığmasının və "Lokomotiv Moskva"nın futbolçusu Aleksey Batrakovun transferi ilə bağlı danışıqlara start verib. xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Safa Kaan Öztürk özünün "X" sosial şəbəkə hesabında paylaşıb
02.08.2026 177 "Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər
31.07.2026 211 Haalandın qeyri-adi qidalanması: Çiy süd içir, gündə 6 min kalori qəbul edir
Erlinq Haalandın Norveç milli komandasının forması ilə parladığı qarşısıalınmaz performansının arxasındakı sirlər açılıb. Erling Haaland gündə təxminən 600 kalori qəbul edir və 1.95 metrlik nəhəng bədənini qidalandırmaq üçün gündə altı dəfə yemək yeyir. -ın xarici mediaya istinadən xəbərinə görə, onu
12.07.2026 661 Mahir Emreli klubunu dəyişdi - RƏSMİ
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirəcək. xəbər verir ki, 29 yaşlı futbolçu "Rakuv" klubuna transfer olunub. Bu barədə Polşa təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb:. "61 dəfə Azərbaycan milli komandasının formasını geyinmi
19.07.2026 496 Onları DÇ-2026-da kəşf etdik - ADLAR
2026-cı il dünya çempionatı təkcə möhtəşəm oyunlar və rekordlarla deyil, həm də yeni futbol ulduzlarının üzə çıxması ilə yadda qaldı. Turnirdə gözlənilməz performans sərgiləyən bir sıra futbolçular həm komandalarının uğurunda əsas rol oynadı, həm də Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü
15.07.2026 610 Daha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb
45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliye
01.08.2026 174 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub
Cənubi Afrika Respublikası (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb. O, yerli qurumun gələ
02.08.2026 162 UEFA Avropa Liqası: "Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. "Report"un məlumatına görə, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Ciovanni Baççin
18.07.2026 454 Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub
Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. "Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub. İlk görüşdə Kanada yığmasın
01.08.2026 172