Kosmosda səssiz mülkiyyət savaşı: Ayın sahibi kimdir?

Kosmosda səssiz mülkiyyət savaşı: Ayın sahibi kimdir?ABŞ-da bir televiziya aparıcısının "Ay bizimdir" çıxışı gülüşlərə səbəb olsa da, arxa planda dövlətlər və şirkətlərin ciddi bir yarış içində olduğunu ortaya çıxardı. 1967-ci ildə imzalanan beynəlxalq kosmos antlaşmaları, günümüzdəki mədənçilik və yaşayış planları qarşısında kifayət qədər effektiv qala bilirmi?

Qaynarinfo xəbər verir ki, insanın Ay səthinə ilk addımından iki il əvvəl, Soyuq müharibənin ən gərgin günlərində səssizcə tarixi bir imza atılıb. 1967-ci ildə qüvvəyə minən Xarici Kosmik Müqaviləsi göy üzündəki kəşflərin sərhədlərini müəyyən edib, kosmosun bütün insanlığın ortaq mirası olduğunu təsbit edib. Lakin son dövrlərdə ABŞ mediasında yayılan bəzi iddialar, bu "tozlu" beynəlxalq hüquq sənədini yenidən müzakirə mövzusuna çevirib.

"Ay bizimdir" deyən aparıcının sözləri yalnız şou deyil

"Fox News" aparıcısı Jesse Uottersin canlı yayımda dediyi "Ay bizimdir, ona biz sahibik" sözləri sosial mediada gülüş doğursa da, mövzunun dərinliyi sadəcə bir televiziya şousu deyil. Kosmos hüququ üzrə ekspertlər bildirirlər ki, bu tip ifadələrin altında gizlənən mülkiyyət hırsı gələcəkdə ciddi diplomatik böhranlara səbəb ola bilər. Əgər sadəcə "ilk gələn sahib olur" prinsipi işlətsəydik, bu gün göy üzündə hər ulduz üzrə minlərlə fərqli hüquq iddiası olardı.

Xarici Kosmik Müqaviləsi nə deyir?

Müqavilənin ikinci maddəsi açıq şəkildə bildirir: Ay da daxil olmaqla heç bir göy cismi üzərində suverenlik qurula bilməz, işğal edilə bilməz və mülkiyyət iddiasında bulunula bilməz. Yəni Ay heç bir dövlətin tapulu ərazisi ola bilməz. Lakin müqavilə mətnindəki bəzi boşluqlar ölkələrin bu qaydaları öz xeyrinə şərh etməsinə imkan yaradır.

Mississippi Universitetindən professor Mişel Hanlonun qeyd etdiyi kimi, ABŞ 2015-ci ildə qəbul etdiyi qanunla maraqlı bir strategiya tətbiq edib:
"Torpaq iddiasında deyilik, amma ora çıxardığımız resurs bizimdir".

Bu yanaşma Ay mədənçiliyi kimi gələcək kommersiya fəaliyyətləri üçün ciddi bir qeyri-müəyyənlik yaradır. Elmi məqsədlə bir neçə daş nümunəsi gətirmək qəbul edilə bilər, lakin Ay səthində böyük bir mədən qurmaq hüquqi baxımdan "boz sahə" yaradır. Bir ölkə Ay səthinə nüvə reaktoru və ya buraxılış rampası quraşdırdığında, təhlükəsizlik səbəbilə həmin əraziyə girişləri məhdudlaşdırması əslində gizli bir torpaq iddiasını işə salmış olur.

Ortaq miras münaqişə sahəsinə çevrilə bilər

Müqvilənin qüvvəyə mindiyi təxminən 60 il ərzində kosmos texnologiyaları gözlənilməz inkişaf yolunu keçib. Artıq yalnız dövlətlər deyil, xüsusi şirkətlər də Ay səyahətləri üçün bilet satır. Ekspertlər bildirirlər ki, bir kimsə Ayın bir küncünə bayrağını sancıb "Bura mənim mülkümdür" demədən əvvəl, bu köhnə qaydaların yenilənməsi zəruridir.

Mövcud qanunlardakı boşluqlar doldurulmadığı halda, göy üzündəki bu səssiz və sakit miras, yaxın gələcəkdə ciddi diplomatik münaqişələrin səhnəsinə çevrilmək riski daşıyır. İnsanlığın ortaq maraqları üçün imzalanan sənədlər, bu gün milli maraqlar və şirkət mənfəətləri kölgəsində qalma təhlükəsi ilə üz-üzədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 164
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.