Dostunun atasını öldürmək istəyənin İŞİ: "Atamdan pul istədim, üzümə tüpürdü"

Dostunun atasını öldürmək istəyənin İŞİ: "Atamdan pul istədim, üzümə tüpürdü"Bakı Ağır Cinayətlər Məhkəməsində Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid E.B hadisə vaxtı oğlunun özündə olmadığını bildirib:

"Həmin gün Zahid narkotikin təsirində olub. Pul istədi ki, ehtiyacım var. Atası istədiyi qədər məbləğin olmadığını dedi. Bundan sonra Zahid əsəbiləşib evdən çıxdı. Ardınca küçəyə çıxanda gördüm ki, İnqilab qardaş qan içindədir. Ona başımız qarışdı, Zahidi axtaran olmadı. Xəstəxanada idik, xəbər gəldi ki, Zahidi tutublar. Onun axır vaxtlar psixoloji vəziyyəti çox korlanmışdı".

Elə bu zaman təqsirləndirilən Zahid Bayramov "Sənədlərimi düzəldib buralardan çıxıb getmək istəyirdim. Sənədlərimi düzəldə bilmək üçün pul lazım idi. Atamdan istədim, vermədi. Pul vermək yerinə mənim üzümə tüpürdü. Ata da oğula belə davranar?".

Şahid B.L təqsirləndirilən şəxslə qonşu olduğunu deyib:

"Həmin gün evdə idim. Hay-küy qalxdı, bir də eşitdim ki, Zahid İnqilabı bıçaqlayıb. Özündə olmadı, içdi, çəkdi yoldaşımı da ona görə bıçaqladı".

Şahid B.Ə ifadə verməkdən imtina etdiyini bildirib. Hakim Səbinə Məmmədzadə onun ilkin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Rusiyada yaşamışam, Zahid də orada doğulub. Ondan başqa iki oğlum da var. Zahid iki dəfə qeyri-rəsmi evlənib. Narkotikin təsirindən belə hərəkət etdi. Zahid uşaqlıqdan özbaşına, dəcəl olub. 2018-ci ildən narkotik istifadə etməyə başladı, elə o vaxtdan bizə qarşı aqresiv, düşmən kimi davranmağa başladı. Biz onun sürdüyü həyata dəfələrlə etiraz edirdik, onu bu yoldan çəkindirməyə çalışırdıq. 10 oktyabr 2025-ci ildə evə gəldi ki, mənə pul lazımdır. Məni hədələdi ki, əgər verməsən, heyvanları qabağıma qatıb satacam. Buna icazə verməyəcəyimi ona dedim. Böyük dava çıxdı. Küçəyə çıxanda İnqilabı gördüm. Ona dedim ki, Zahid məni şillə ilə vurdu, əlində bıçaq var. İnqilab onu əlindəki qoyun çubuğu ilə vurmuşdu. Bir qadının "polis gəldi" dediyini eşitdim, bunu eşidən Zahid qaçdı. İnqilaba yaxınlaşanda onu qan apardığını gördüm".

Şahid N.H həmin gün qısa müddətə evinə gedib qayıdandan sonra baş verənləri gördüyünü deyib:

"Geri qayıdanda İnqilabı qan içində gördüm. İnqilab yaxşı adamdır, o, ancaq çubuqla özünü qoruyurdu. Zahid atasını şillə ilə vurandan sonra İnqilab araya girib ikisini aralamağa çalışdı. Mən oraları təmizləyirdim, yorulmuşdum deyə yaxınlaşıb nə olduğunu soruşmadım".

Məhkəmə sənədlərin tədqiqi mərhələsini elan edib.

Növbəti proses 26 fevral saat 12:30-a təyin olunub.

Xatırladaq ki, ittiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

04.10.2026 161
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.